Operativ Məlumat Mərkəzi

Ağsuda qəsdən törədilən yanğın faktının üstü açılıb

2 dəq
Paylaş:
Ağsuda qəsdən törədilən yanğın faktının üstü açılıb

Ağsuda qəsdən yanğın faktının üstü açılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, 22 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin İmdad Adıgözəl oğlu Abasov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək həyətyanı sahədə təmizlik işləri zamanı açıq alovdan istifadənin yolverilməz olduğunu xatırladır, həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax