Əsas məzmuna keç

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verib.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)...

ru

İşgaldan azad Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verib.

Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) “Operativ Məlumat Mərkəzi-OMM” məlumata görə, minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Həmin şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.

Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib, vəziyyəti qənaətbəxşdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…