Operativ Məlumat Mərkəzi

Ağdamda vağzal kompleksində tarixi kommunikasiya xəttinin inşası tamamlanıb

2 dəq
Paylaş:
Ağdamda vağzal kompleksində tarixi kommunikasiya xəttinin inşası tamamlanıb

2024-cü ildə “ Dəmir Yolları” (ADY) QSC Ağdamdakı vağzal kompleksində kommunikasiya xətlərinin çəkilməsini tamamlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi zamanı Bərdə stansiya binası-yük və sərnişin platforması, piyada keçidi, Köçərli stansiyası-sərnişin platforması üzrə işlər tamamlanıb.

Bundan başqa, dayanacağı-sərnişin platformasının, 9 ədəd qorunan keçid üzrə binaların, elektrik təchizatı üzrə dirəklərin basdırılması və hava xəttinin çəkilişi, Bərdə yarımstansiya binasının tikintisi, rabitə-işarəvermə üzrə yolda nəzərdə tutulan bütün çöl avadanlıqlarının, Bərdə, Köçərli və Təzəkənd stansiyalarında daxili avadanlıqların quraşdırılması istiqamətində işlər yekunlaşıb. Ağdam Vağzal kompleksində beton konstruksiya işləri, yol işçiləri üçün bina, iri və kiçik ölçülü vasitələri üçün servis binaları da tamamlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax