Operativ Məlumat Mərkəzi

Ağdamda azad edilmiş ərazidə sümük qalıqları tapılıb, araşdırma aparılır - YENİLƏNİB

2 dəq
Paylaş:
Ağdamda azad edilmiş ərazidə sümük qalıqları tapılıb, araşdırma aparılır - YENİLƏNİB

İyunun 12-də Ağdam rayonu, Maqsudlu kəndi ərazisində insana olması ehtimal edilən sümük fraqmentlərinin edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Baş Prokurorluğun xidmətindən bildirilib.

Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

Ağdamın işğaldan azad Maqsudlu kəndində qazıntı işləri aparılarkən insan skeletinə bənzər sümük fraqmentləri aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt üzrə tədbirlər həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax