Operativ Məlumat Mərkəzi

ADSEA Bənəniyar su anbarına baxış keçirib

1 dəq
Paylaş:
ADSEA Bənəniyar su anbarına baxış keçirib

Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa rayonunda su anbarına baxış keçirib. Baxışın əsas məqsədi oktyabrın 16-da anbarda su səviyyəsinin azalması nəticəsində baş vermiş balıqların kütləvi tələf olması ilə bağlı yaranmış vəziyyəti yerində araşdırmaq olub.

Sədr müavini mövcud vəziyyəti dəyərləndirib, hadisənin səbəblərinin müəyyənləşdirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax