Operativ Məlumat Mərkəzi

ADB prezidenti Bakıda keçiriləcək COP29-da dünya liderlərinə qoşulacaq

2 dəq
Paylaş:
ADB prezidenti Bakıda keçiriləcək COP29-da dünya liderlərinə qoşulacaq

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakını təsdiqləyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə hökumətdəki mənbələr bildirib.

M.Asakava COP29 çərçivəsində noyabrın 12-13-də baş tutacaq Liderlərinin İqlim Fəaliyyəti üzrə Sammitində iştirak edəcək.

ADB qlobal tədbirə hazırlıqla məşğul olan dövlət qurumlarının potensialını gücləndirilməsinə yardım göstərməklə COP29-un təşkilində Azərbaycana dəstək verir. Bundan əlavə, Bank ölkədə layihələrinin həyata keçirilməsində, eləcə də ümumi istehsalda bərpa olunan mənbələrinin payının artırılmasında öz təcrübəsini, maliyyə resurslarını və dəstəyini təmin etməyə hazırdır.

Xatırladaq ki, bu ilin iyun ayında və ADB arasında tərəfdaşlığın 25 illiyi münasibətilə M.Asakava Bakıda səfərdə olub. Azərbaycan 1999-cu ildə banka qoşulandan bəri ADB , enerji, səhiyyə və kənd təsərrüfatı sahələrində layihələrə 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Asiya İnkişaf Bankı 1966-cı ildə təsis edilib, onun səhmdarları 68 ölkədir, onlardan 49-u Asiya-Sakit okean regionunda yerləşir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax