ADB prezidenti Bakıda keçiriləcək COP29-da dünya liderlərinə qoşulacaq

ADB prezidenti Bakıda keçiriləcək COP29-da dünya liderlərinə qoşulacaq
02.09.2024 13:28
Aa
dəq

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakını təsdiqləyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə hökumətdəki mənbələr bildirib.

M.Asakava COP29 çərçivəsində noyabrın 12-13-də baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti üzrə Sammitində iştirak edəcək.

ADB qlobal tədbirə hazırlıqla məşğul olan dövlət qurumlarının potensialını gücləndirilməsinə yardım göstərməklə COP29-un təşkilində Azərbaycana dəstək verir. Bundan əlavə, Bank ölkədə iqlim layihələrinin həyata keçirilməsində, eləcə də ümumi istehsalda bərpa olunan enerji mənbələrinin payının artırılmasında öz təcrübəsini, maliyyə resurslarını və dəstəyini təmin etməyə hazırdır.

Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycan və ADB arasında tərəfdaşlığın 25 illiyi münasibətilə M.Asakava Bakıda səfərdə olub. Azərbaycan 1999-cu ildə banka qoşulandan bəri ADB nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrində layihələrə 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Asiya İnkişaf Bankı 1966-cı ildə təsis edilib, onun səhmdarları 68 ölkədir, onlardan 49-u Asiya-Sakit okean regionunda yerləşir.

Həftənin ən çox oxunanları

Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib

Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib
DAVAMIN OXU davamın oxu

COP 29-a görə bu tarixlərdə İŞ OLMAYACAQ

COP 29-a görə bu tarixlərdə İŞ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb

COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb
DAVAMIN OXU davamın oxu

Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb

Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Beynəlxalq Gənclər Forumunda Bakı Bəyannaməsi qəbul olunacaq

Beynəlxalq Gənclər Forumunda Bakı Bəyannaməsi qəbul olunacaq
DAVAMIN OXU davamın oxu