Əsas məzmuna keç

ADB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib

ADB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib

Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, bu, Sunniya...

İnkişaf Bankının (ADB) üzrə yeni ölkə direktoru təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, bu, Sunniya Durrani-Camalıdır.

O, bu gün ADB-nin Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla ADB-də çalışıb. O, Bankın Kamboca üzrə ölkə direktoru, Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.

Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, ADB-nin Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni
icra edən ölkə direktoru Candice McDeigan-ı əvəz edib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…