Əsas məzmuna keç

ACE dünyada ilk uzaqdan idarə olunan platforma olacaq

ACE dünyada ilk uzaqdan idarə olunan platforma olacaq

Xəzərin sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən " Mərkəzi Şərqi” (ACE) Xəzərdə ilk, dünyada isə ilk uzaqdan olunan və müşahidə edilən platformalardan biri olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə Səngəçal terminalının rəhbərlərindən biri Fil Qrey bildirib.

Onun sözlərinə görə, əgər hazırda platformalar avtonom şəkildə yerindən idarə olunursa, ACE platforması Səngəçalda yerləşən mərkəzdən idarə olunacaq.

Qeyd olunub ki, platformada daimi 175-180 mütəxəssis çalışacaq, lakin perspektivdə bütün avadanlıq yoxlanıldıqdan, optimallaşdırıldıqdan, platformanın işi tam avtomatlaşdırıldıqdan sonra burada fəaliyyət göstərən işçilərin sayı minimuma endiriləcək.

Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…