Operativ Məlumat Mərkəzi

ABŞ Yaxın Şərqdə gücünü artırmaq üçün regiona “F-16” eskadrilyasını yerləşdirib

2 dəq
Paylaş:
ABŞ Yaxın Şərqdə gücünü artırmaq üçün regiona “F-16” eskadrilyasını yerləşdirib

ABŞ Yaxın Şərqdə artırmaq üçün regiona “F-16” qırıcı-bombardmançı təyyarələrdən eskadrilyasını yerləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məsuliyyəti zonasına ilk növbədə Yaxın Şərq və Şimali Afrikanın daxil ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

Komandanlığın “X” sosial şəbəkəsində yaydığı məlumata görə, söhbət Nyu Cersi ştatının Milli Qvardiyasına daxil olan Hərbi Hava Qüvvələrinin bir hissəsi olan 119-cu ekspedisiya eskadrilyasından gedir. “Eskadrilya sonrakı təcavüzün qarşısını almaq üçün ABŞ-ın regondakı mövqeyini gücləndirmək məqsədilə Mərkəzi Komandanlığın məsuliyyət zonasına gəlib”, - paylaşımda deyilir. Başqa təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar ABŞ Silahlı Qüvvələri son günlər Yaxın böyük miqyasda əlavə qüvvələr yerləşdirir. Bu eskalyasiya ilə əlaqədar ABŞ ilk olaraq Aralıq dənizinin şərqinə iki aviadaşıyıcı zərbə qrupunu yerləşdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax