Operativ Məlumat Mərkəzi

ABŞ yardım maşınlarının Qəzzada qurulan müvəqqəti limanı tərk etməyə başladığını bildirib

1 dəq
Paylaş:
ABŞ yardım maşınlarının Qəzzada qurulan müvəqqəti limanı tərk etməyə başladığını bildirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi ABŞ-ın qurduğu müvəqqəti limandan yük maşınlarının yardım daşımağa başladığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamaya görə, Qəzzaya aparan yük maşınları yerli vaxtla səhər saat 09:00 radələrində etməyə başlayıb.

Bəyanatda liman vasitəsilə heç bir ABŞ əsgərinin yerə enmədiyi və bunun "Qəzzada Fələstinli mülki şəxslərə əlavə yardım göstərmək üçün davam edən çoxmillətli bir səy" olduğu və bəzi ölkələr və humanitar təşkilatlar tərəfindən bağışlanan yardımların da olduğu vurğulanıb.

Xatırladaq ki, ABŞ mayın 8-də dəniz yolu ilə humanitar yardım çatdırmaq üçün missiyaya başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax