Operativ Məlumat Mərkəzi

ABŞ Ukrayna ilə NATO üzvlüyündən faktiki olaraq çıxmağı müzakirə edib

2 dəq
Paylaş:
ABŞ Ukrayna ilə NATO üzvlüyündən faktiki olaraq çıxmağı müzakirə edib

30 noyabrda Mayamidə keçirilən danışıqlarda ABŞ və nümayəndələri Kiyevin NATO-ya üzvlüyünü olaraq mümkünsüz edəcək sülh ssenarisini müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ukraynanın rəsmi müraciətindən imtina etmədən, lakin ilə aparılacaq mümkün danışıqlar çərçivəsində NATO-ya daxil ola bilməyəcəyini nəzərdə tutur.

Məlumata əsasən, əgər ABŞ Rusiya ilə ikitərəfli danışıq aparsa və ya Moskva NATO-dan çoxtərəfli zəmanətlər tələb etsə, bu prosesə Ukrayna cəlb olunmayacaq.

CNN yazır ki, bu “zərif kompromis” üzrə yekun qərar Zelenskinin öhdəsindədir, lakin belə bir formula NATO-nun bütün üzvləri tərəfindən dəstəklənməyə bilər.

Ukrayna 2022-ci ilin sentyabrında NATO-ya sürətli üzvlük üçün müraciət edib və bu istiqamət Konstitusiyada təsbit olunub. Rusiya isə Ukraynanın neytral status almasını tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax