Operativ Məlumat Mərkəzi

ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib

1 dəq
Paylaş:
ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib

ABŞ ordusu Suriyanın Həsəkə və əz-Zor əyalətlərində təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından əlavə qüvvə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının sahilindəki Ömər neft yatağındakı bazaya doğru hərəkət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax