ABŞ ordusu Suriyanın Həsəkə və Deyr əz-Zor əyalətlərində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.
Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının şərq sahilindəki Ömər neft yatağındakı bazaya doğru hərəkət edib.