Operativ Məlumat Mərkəzi

ABŞ İsrailə qarşı hücumlara görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

2 dəq
Paylaş:
ABŞ İsrailə qarşı hücumlara görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ-ın milli müşaviri Ceyk İranın İsrailə hücumlarına görə ona qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sullivan yazılı açıqlamasında bildirib ki, Co Bayden Konqres üzvləri, ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə İrana hərtərəfli cavabı koordinasiya edir.

Bu kontekstdə İrana qarşı yeni sanksiyaların tətbiq olunacağına işarə edən Sullivan, “ABŞ yaxın günlərdə İranın raket və pilotsuz uçuş aparatları proqramları, İran və dəstək verən təşkilatlar da daxil olmaqla, İrana qarşı yeni tətbiq edəcək".

ABŞ-dan sonra digər müttəfiq ölkələrin və tərəfdaşların da sanksiyalar tətbiq edəcəyini proqnozlaşdırdığını qeyd edən Sallivan, Vaşinqtonun İranın raket və pilotsuz uçuş aparatları imkanlarına qarşı Yaxın Şərqdə hava, raketdən müdafiə və erkən xəbərdarlıq sistemlərinin inteqrasiyasını gücləndirməyə davam etdiyini bildirib.

Sallivan bəyan edib ki, bu yeni sanksiyalar və digər tədbirlər İrana öz hərbi potensialını və effektivliyini nəzarətdə saxlamaq, zəiflətmək və bütün problemli davranışlarına qarşı çıxmaq üçün təzyiq göstərməyə davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax