ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranı ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi gecə hücumlarından sonra atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM” "Sky News"a istinadən xəbər verir ki, CENTCOM-da İranın Küveyt istiqamətində ballistik raket atdığı, lakin onun Küveyt qüvvələri tərəfindən uğurla ələ keçirildiyi bildirilib.
"Atəşkəs rejiminin kobud şəkildə pozulması İran qüvvələrinin Hörmüz boğazı rayonunda və onun yaxınlığında açıq-aşkar təhlükə yaradan beş kamikadze zərbə PUA buraxmasından bir neçə saat sonra baş verib", - ABŞ komandanlığının bəyanatında vurğulanıb.
CENTCOM-da bütün PUA-ların ABŞ qüvvələri tərəfindən uğurla ələ keçirildiyi qeyd edilib.
Bundan əlavə, komandanlığın məlumatına görə, ABŞ hərbçiləri Bəndər-Abbasdakı İranın yerüstü idarəetmə məntəqəsindən daha bir PUA-sının buraxılmasının qarşısını alıblar.
ABŞ Mərkəzi Komandanlığında öz qüvvələrini və maraqlarını "əsassız İran aqressiyasından" qoruyaraq "diqqətli" fəaliyyət göstərməyə davam etdiklərini vurğulayıblar.