Operativ Məlumat Mərkəzi

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - YENİLƏNİB

2 dəq
Paylaş:
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürüldü - YENİLƏNİB

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs salxanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Şübhəli şəxsin atəş açan zaman "Azad Fələstin" səsləndirdiyi bildirilib.

ABŞ Baş prokuroru Pem Bondinin hadisə yerinə getdiyi vurğulanıb.

***

ABŞ-nin daxili naziri Kristi bildirib ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi qarşısında öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl ABC telekanalı Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü bildirib.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla - red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - Noem yazıb.

O, həmçinin cinayətkarı məsuliyyətə cəlb edəcəyinə söz verib.

İsrailin BMT-dəki səfiri Denni Danon özünün “X” səhifəsində hücumu "anti-semit terrorizmin alçaq aktı" adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax