Əsas məzmuna keç

ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb

ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb

bu barədə yerli polis patrul xidməti sosial şəbəkədə məlumat yayıb. İnsident nəticəsində Salliso şəhərindən cənubda US-59 şosesində hərəkət tamamilə...

ABŞ-də gəmi bir həftə ərzində ikinci dəfə körpüyə çırpılıb. Barjın tikili ilə toqquşması çayının Oklahoma ştatından keçən hissəsində olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə patrul sosial şəbəkədə məlumat yayıb.

İnsident nəticəsində Salliso şəhərindən cənubda US-59 şosesində hərəkət tamamilə dayandırılıb, digər istiqamətə yönləndirilib.

Oklahoma Nəqliyyat Departamenti bildirib ki, mühəndislər körpünün quruluşunu yoxladıqdan sonra hadisə baş vermiş ərazidə magistral yolda hərəkət yenidən açılıb.

Xatırladaq ki, martın 26-da Merilend ştatında Patapsko çayı üzərindəki məşhur Frensis Skott Key şosesi körpüsü uçub. Hadisə yük gəmisinin nəhəng strukturun sütunlarından birinə çırpılmasından sonra baş verib. Toqquşma nəticəsində konteyner gəmisi alovlansa da, su üzündə qalıb. Polad körpünün bir neçə mərkəzi aşırımları suya düşüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…