Operativ Məlumat Mərkəzi

ABŞ-də ekstremal hava şəraiti səbəbindən 21 nəfər ölüb

1 dəq
Paylaş:
ABŞ-də ekstremal hava şəraiti səbəbindən 21 nəfər ölüb

ABŞ-də 110 milyondan çox insan və tufanlarla olunan səbəbindən altındadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, qasırğa nəticəsində ölənlərin sayı ən azı 21 nəfərə çatıb.

Belə ki, ABŞ-ın Arkanzas, Kentukki, Texas və Oklahoma da daxil olmaqla mərkəzi regionlarının sakinləri əlverişsiz hava şəraitinin qurbanı olublar. Bu hadisədə dörd uşaq dünyasını dəyişib.

"Bazar günü ən azı 20 ştatda küləyin sürəti saatda 75 mildən çox olub. Dağıntılar barədə 600-dən çox məlumat var", - məlumatda deyilir.

KİV-in məlumatına görə, 450 mindən çox amerikalı işıqsız qalıb.

Bundan əlavə, Kentukki qubernatoru Endi Beşir bölgədə fövqəladə vəziyyət elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax