Operativ Məlumat Mərkəzi

AAYDA: Regionlarda güclü külək nəticəsində avtomobil yollarında yaranmış problem aradan qaldırılıb

2 dəq
Paylaş:
AAYDA: Regionlarda güclü külək nəticəsində avtomobil yollarında yaranmış problem aradan qaldırılıb

Azərbaycanın regionlarında nəticəsində bir neçə yolunda problem aradan qaldırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, ötən gün axşam saatlarında , Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux və Goranboy rayonları, həmçinin Gəncə və Mingəçevir şəhərləri ərazisində müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olub.

Bununla yanaşı, külək nəticəsində quraşdırılmış yol nişanları və məlumatverici lövhələrin aşması ilə yol təsərrüfatına ciddi ziyan dəyib.

"Güclü külək səbəbindən avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyinin sözügedən rayonlar üzrə məhdud məsuliyyətli cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. Hadisə baş verdiyi andan etibarən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub", - deyə məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax