Operativ Məlumat Mərkəzi

9,1 milyard dollar dəyərində federal ixtisarları təsdiqlədi

1 dəq
Paylaş:
9,1 milyard dollar dəyərində federal ixtisarları təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp 9,1 milyard dollar dəyərində xərclərin ixtisarını nəzərdə tutan qanun layihəsi imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Hill" məlumat yayıb.

Bildirilib ki, yayım və xarici kimi sahələrdə böyük ixtisarları əhatə edən qanun layihəsi Konqresdə qəbul edildikdən sonra Trampın imzasına təqdim olunub.

Tramp, xarici yardımlar üçün 8 milyard dollar, ictimai yardım sahələri üçün isə təxminən 1,1 milyard dollar ixtisarı nəzərdə tutan federal ixtisar paketini imzalayıb.

Beləliklə, Trampın imzasından sonra qanun layihəsi rəsmən qüvvəyə minib.

Digər tərəfdən, Demokratlar bu addımın qlobal miqyasda ABŞ-nin nüfuzunu zəiflədəcəyini və yaranan boşluğun Çin tərəfindən doldurula biləcəyini bildirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax