Operativ Məlumat Mərkəzi

156 ailə Füzuli şəhərinə köçürüləcək

1 dəq
Paylaş:
156 ailə Füzuli şəhərinə köçürüləcək

Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək arasında püşkatma keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Komitəsindən məlumat verilib.

püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaq.

Qeyd olunub ki, Füzuli şəhərindəki yeni yerlərinə müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.

Püşkatmada iştirak edən ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax