Əsas məzmuna keç

156 ailə Füzuli şəhərinə köçürüləcək

156 ailə Füzuli şəhərinə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Bu...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Komitəsindən məlumat verilib.

püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı təqdim olunacaq.

Qeyd olunub ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.

Püşkatmada iştirak edən ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…