Vüqar Yaşar oğlu Mirzəzadə
İcraçı direktorun müavini
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding)
Tərcümeyi-hal
Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub.
2013–2020-ci illərdə “Bank VTB” (Azərbaycan) ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 30 yanvar 2020-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi, 1 oktyabr 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri təyin olunub. 3 sentyabr 2024-cü ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub. 2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.
2 may 2025-ci ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktorunun müavini təyin edilib. Rus və ingilis dillərini bilir.
Təhsil
- 2005–2009 — Azərbaycan Dövlət İqtisad Universiteti, kommersiya, bakalavr
- 2011–2012 — Qlazqo Universiteti, idarəetmə və beynəlxalq maliyyə, magistr
- CFA Charterholder
Xəbərlərdə
-
Vüqar Mirzəzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO 6 sentyabr 2024