Kalkulyator
Maaş kalkulyatoru 2026: əmək haqqı hesablama
2026-cı ildə özəl, qeyri-neft sektorunda 1 000 ₼ gross maaşdan əlinizə 865 ₼ çatır: gəlir vergisi 24 ₼, DSMF 86 ₼, işsizlik sığortası 5 ₼, tibbi sığorta 20 ₼ tutulur.
Özəl şirkətlərdə, MMC-lərdə, fərdi sahibkarlarda işləyənlər — neft-qaz sektoru istisna olmaqla.
Məbləği yazın
Net maaş · 2026 · özəl
865,00 ₼
Tutulmalar 135,00 ₼ · İşəgötürənin xərci 1 189,00 ₼
- Gəlir vergisi
- −24,00 ₼
- DSMF
- −86,00 ₼
- İşsizlik sığortası
- −5,00 ₼
- Tibbi sığorta
- −20,00 ₼
- Həmkarlar haqqı
Yoxlanılıb: 20 sentyabr 2026 · Vergi Məcəlləsi, DSMF
Brüt — vergidən əvvəl (müqavilədəki) məbləğ, xalis — əlinizə keçən məbləğdir (net maaş).
Gross — müqavilədə yazılan, hesablanmış maaşdır. Net — gəlir vergisi, DSMF, işsizlik və tibbi sığorta tutulandan sonra əlinizə keçən məbləğdir.
Maaş necə hesablanır
- Gross (müqavilədəki)1 000,00 ₼
- Gəlir vergisi−24,00 ₼
- DSMF−86,00 ₼
- İşsizlik sığortası−5,00 ₼
- Tibbi sığorta−20,00 ₼
- Həmkarlar haqqı
- Əlinizə çatan (net)865,00 ₼
Nəticə təxminidir; fərdi güzəştlər (əlillik, şəhid ailəsi və s.) nəzərə alınmır. Dərəcələr 20 sentyabr 2026 tarixində yoxlanılıb.
Maaş cədvəli: brüt və xalis
| Gross | Net, özəl | Net, dövlət |
|---|---|---|
| 400,00 | 358,00 | 350,00 |
| 500,00 | 442,50 | 430,50 |
| 700,00 | 611,50 | 591,50 |
| 800,00 | 696,00 | 672,00 |
| 1 000,00 | 865,00 | 833,00 |
| 1 200,00 | 1 034,00 | 994,00 |
| 1 500,00 | 1 287,50 | 1 235,50 |
| 2 000,00 | 1 710,00 | 1 638,00 |
| 2 500,00 | 2 132,50 | 2 040,50 |
| 3 000,00 | 2 521,50 | 2 360,00 |
| 4 000,00 | 3 311,50 | 3 055,00 |
| 5 000,00 | 4 101,50 | 3 750,00 |
| 8 000,00 | 6 471,50 | 5 835,00 |
| 10 000,00 | 7 971,50 | 7 255,00 |
Həmkarlar haqqı daxil deyil.
2026 dərəcələri
Hər pillə yalnız o pilləyə düşən hissəyə tətbiq edilir. 200 manatlıq vergidən azad hissə yalnız aylıq gəlir 2 500 manatadək olanda işləyir.
- Gəlir vergisiÖzəl: 200-dən 2 500-ə qədər: 3%; 2 500-dən 8 000-ə qədər: 75 ₼ + 10%; 8 000-dən yuxarı: 625 ₼ + 14%Dövlət / neft-qaz: 200-dən 2 500-ə qədər: 14%; 2 500-dən yuxarı: 350 ₼ + 25%
- DSMF (işçi)Özəl: 200-ə qədər: 3%; 200-dən yuxarı: 6 ₼ + 10%Dövlət / neft-qaz: 3%
- İşsizlik sığortası (işçi)Özəl: 0,5%Dövlət / neft-qaz: 0,5%
- Tibbi sığorta (işçi)Özəl: 2 500-ə qədər 2%, yuxarı 0,5%Dövlət / neft-qaz: 8 000-ə qədər 2%, yuxarı 0,5%
- DSMF (işəgötürən)Özəl: 0-dən 200-ə qədər: 22%; 200-dən 8 000-ə qədər: 15%; 8 000-dən yuxarı: 11%Dövlət / neft-qaz: 22%
| Tutulma | Özəl (qeyri-neft) | Dövlət / neft-qaz |
|---|---|---|
| Gəlir vergisi | 200-dən 2 500-ə qədər: 3%; 2 500-dən 8 000-ə qədər: 75 ₼ + 10%; 8 000-dən yuxarı: 625 ₼ + 14% | 200-dən 2 500-ə qədər: 14%; 2 500-dən yuxarı: 350 ₼ + 25% |
| DSMF (işçi) | 200-ə qədər: 3%; 200-dən yuxarı: 6 ₼ + 10% | 3% |
| İşsizlik sığortası (işçi) | 0,5% | 0,5% |
| Tibbi sığorta (işçi) | 2 500-ə qədər 2%, yuxarı 0,5% | 8 000-ə qədər 2%, yuxarı 0,5% |
| DSMF (işəgötürən) | 0-dən 200-ə qədər: 22%; 200-dən 8 000-ə qədər: 15%; 8 000-dən yuxarı: 11% | 22% |
Özəl sektorda keçid. 2019–2025-ci illərdə özəl qeyri-neft sektorunda 8 000 manatadək aylıq gəlir vergidən azad idi. 2026-dan ilk 2 500 manat üçün dərəcə mərhələ ilə qalxır: 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%. 2 500–8 000 arası 10%, 8 000-dən yuxarı 14% dəyişmir.
Xəbərlərdə
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda VERİLİR 23 noyabr 2026
-
Pensiya alanlara ŞAD XƏBƏR 20 noyabr 2026
-
Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK 19 noyabr 2026
-
Nazir maaş artımları ilə bağlı DANIŞDI 18 noyabr 2026
Bilməli olduqlarınız
2026-cı ildə əmək haqqından hansı tutulmalar var?
İşçinin gross maaşından dörd tutulma gedir: gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı (DSMF), işsizlikdən sığorta haqqı (0,5%) və icbari tibbi sığorta haqqı. Dərəcələr sektordan asılıdır: özəl qeyri-neft sektorunda 2026-cı ildə gəlir vergisi 2 500 manatadək 3%, 2 500–8 000 arası 10%, 8 000-dən yuxarı 14%-dir; dövlət və neft-qaz sektorunda 200 manatdan 2 500-ə qədər 14%, 2 500-dən yuxarı 25%-dir.
1 000 manat gross maaşın net məbləği nə qədərdir?
Özəl sektorda 2026-cı ildə əlinizə 865 manat, dövlət sektorunda 833 manat çatır. Özəl sektorda 1 000 manat gross maaşdan gəlir vergisi (1000−200)×3% = 24 manat, DSMF 6+(1000−200)×10% = 86 manat, işsizlik sığortası 5 manat və tibbi sığorta 20 manat tutulur. Dövlət sektorunda isə gəlir vergisi (1000−200)×14% = 112 manat, DSMF 3% = 30, işsizlik 5, tibbi 20 manatdır. Dəqiq rəqəmi kalkulyatorda sektoru seçib görə bilərsiniz.
Net maaşdan gross maaşı necə hesablamaq olar?
Kalkulyatorda "Netdən grossa" rejimini seçib əlinizə keçən məbləği yazın: tutulmalar tərs hesablanır və müqavilədə yazılmalı olan gross məbləğ göstərilir.
İşəgötürənin xərci nə qədərdir?
İşəgötürən gross maaşın üstündə öz hesabından DSMF (özəl sektorda 200 manatadək 22%, 200–8 000 arası 15%, yuxarı 11%; dövlət sektorunda 22%), işsizlikdən sığorta 0,5% və icbari tibbi sığorta (2%, limitdən yuxarı 0,5%) ödəyir. Kalkulyator bu məbləği ayrıca göstərir.
Minimum aylıq əmək haqqı nə qədərdir?
2025-ci il yanvarın 1-dən ayda 400 AZN (23 dekabr 2024-cü il tarixli 419 nömrəli Prezident Sərəncamı). Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin əmək haqqı bundan az ola bilməz (Əmək Məcəlləsi, m. 155.3); mükafatlar, əlavələr və iş vaxtından artıq işə görə ödəmələr minimum məbləğə daxil edilmir (m. 155.5).
Əmək haqqı neçə dəfə verilməlidir?
Ayda ən azı bir dəfə; tərəflərin razılığı ilə avans və qalan hissə olmaqla, aralarında 16 gündən çox fasilə olmamaqla ayda iki dəfə verilə bilər (Əmək Məcəlləsi, m. 172.1). Əmək və ya kollektiv müqavilə başqa müddətlər də müəyyən edə bilər (m. 172.2).
Maaş günü istirahət gününə düşərsə, maaş nə vaxt verilir?
Bir gün əvvəl. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram gününə təsadüf etdikdə, maaş bilavasitə həmin günlərdən əvvəlki gündə verilir (Əmək Məcəlləsi, m. 172.3).
İş vaxtından artıq işə görə nə qədər əlavə ödənilir?
Vaxtamuzd ödəniş sistemində iş vaxtından artıq hər saat üçün saatlıq tarif maaşının ən azı iki misli (Əmək Məcəlləsi, m. 165.1); müqavilədə daha çox nəzərdə tutula bilər (m. 165.2). İşçi dalbadal iki iş günü ərzində 4 saatdan, ağır və zərərli iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işə cəlb edilə bilməz (m. 100.1).
İstirahət və ya bayram günü görülən iş necə ödənilir?
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günü və ya ümumxalq hüzn günü görülən iş vaxtamuzd sistemdə gündəlik (saatlıq) tarif maaşının ən azı iki misli məbləğində ödənilir (Əmək Məcəlləsi, m. 164.1). İşçinin arzusu ilə pul əvəzinə başqa istirahət günü verilə bilər (m. 164.2).
İşəgötürən maaşı gecikdirərsə nə olur?
Gecikmə işəgötürənin təqsiri üzündəndirsə və fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün əmək haqqının ən azı 1 faizi məbləğində ödənc verilməlidir (Əmək Məcəlləsi, m. 172.5).