Qanun
“Banklar haqqında” Qanun: tam mətn və dəyişikliklər
“Banklar haqqında” Qanun: son dəyişiklik 3 noyabr 2026 tarixində qəbul edilib (№ 509-VIIQD). e-qanun.az-da cəmi 50 dəyişiklik qeydə alınıb.
Qüvvədədir Qəbul: 16 yanvar 2004
Bütün dəyişikliklər (50) Tam mətnə keç Mətni e-qanun.az-da aç Bütün dəyişikliklər daxil edilmiş mətn aşağıdadır; rəsmi mənbə e-qanun.az.
Qüvvəyə minəcək dəyişikliklər: 1
-
30 gün sonra · № 413-VIIQD · Qəbul: 26 may 2026
Dəyişən maddələr Maddə 32 32.1.2 Maddə 75 75.1.2 Maddə 79 79.1
Həmçinin dəyişir Mülki Məcəllə Vergi Məcəlləsi Rəqabət Məcəlləsi +21 akt
İllər üzrə
ən çox: 2023 — 7Dəyişikliklərin tarixçəsi
Cəmi 50 dəyişiklik2026 3 dəyişiklik
2025 2 dəyişiklik
2024 1 dəyişiklik
2023 7 dəyişiklik
Əvvəlki illər: 2005–2022 37 dəyişiklik
2022 4 dəyişiklik
2021 2 dəyişiklik
2020 2 dəyişiklik
2019 4 dəyişiklik
2018 5 dəyişiklik
2017 4 dəyişiklik
2016 2 dəyişiklik
2015 1 dəyişiklik
2014 2 dəyişiklik
2013 1 dəyişiklik
2011 1 dəyişiklik
2010 2 dəyişiklik
2009 2 dəyişiklik
2008 1 dəyişiklik
2007 3 dəyişiklik
2005 1 dəyişiklik
Tam mətn (son redaksiya)
29 maddəMənbə: e-qanun.az. Mətn orada 24 noyabr 2026 tarixində yenilənib, burada 24 noyabr 2026 tarixində yoxlanılıb. Mətn məlumat üçündür, rəsmi mətn e-qanun.az-dadır. Rəsmi mətn ↗
Bu Qanun Azərbaycanda bank fəaliyyətinin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bankların stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.
I fəsil ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir;
1.0.2. Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir;
1.0.3. Törəmə bank - nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir;
1.0.4. Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir;
1.0.5. Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir;
1.0.6. Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir;
1.0.7. Bank olmayan kredit təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan hüquqi şəxs;
1.0.8. Bank lisenziyası - bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytanlan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır;
1.0.9. Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir;
1.0.10. Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir (elektron pulun emissiya edilməsi üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla);
1.0.11. Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir;
1.0.12. İnzibatçı - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, xarici bankın yerli filialının və nümayəndəliyinin rəhbəri, habelə bankın (xarici bankın yerli filialının) baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin əməkdaşları, bankın filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri;
1.0.13. Banka aidiyyəti olan şəxslər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi (bu vəzifələri icra edən şəxs), həmin şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci maddələrində göstərilən şəxslərin ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər. Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar;
1.0.14. Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir;
1.0.15. "Yerli" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür;
1.0.16. "Xarici" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür;
1.0.17. "Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatdır;
1.0.18. "Məqbul və lazımi keyfiyyətlərə malik şəxs" - vətəndaş qüsursuzluğuna malik olan, habelə ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi, işgüzar nüfuzu ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı, benefisiar mülkiyyətçisi, müvəqqəti inzibatçısı və ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;
1.0.19. "Vətəndaş qüsursuzluğu" dedikdə, benefisiar mülkiyyətçilər, mühüm iştirak payının sahibləri, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmaması başa düşülür;
1.0.20. "Prudensial" - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur;
1.0.21. Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir;
1.0.22. Maliyyə bazarları sahəsi - maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsi və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri;
1.0.23. Fond – “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılmış hüquqi şəxsdir;
1.0.24. Ödəmə qabiliyyətini itirmiş bank – bu Qanunun 57.1.1-57.1.3-cü maddələrində göstərilən əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bankdır;
1.0.25. Rezolyusiya – ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsidir;
1.0.26. Rezolyusiya ilə bağlı tədbirlər planı – ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya metodunu, şərtlərini, müddətini və iqtisadi əsaslandırmasını özündə əks etdirən sənəddir;
1.0.27. Körpü bank – ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən yaradılan və idarə olunan bankdır;
1.0.28. Alıcı bank – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini hərrac yolu ilə əldə edən bankdır;
1.0.29. İnvestor – bu Qanunla müəyyən edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş bankın və ya körpü bankın satın alınması üçün Mərkəzi Banka müraciət edən hüquqi və ya fiziki şəxsdir;
1.0.30. Müvəqqəti inzibatçı – bu Qanunda nəzərdə tutulmuş hallarda Mərkəzi Bank tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində Mərkəzi Bankın adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir;
1.0.31. Sağlam aktiv – Mərkəzi Bankın normativ xarakterli aktları ilə standart aktiv kimi təsnifləşdirilmiş aktivdir;
1.0.32. Sistem əhəmiyyətli bank – Mərkəzi Bankın normativ xarakterli aktı ilə müəyyən edilən meyarlara uyğun bankdır;
1.0.33. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası – bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə restrukturizasiya planı (bundan sonra - restrukturizasiya planı) əsasında həyata keçirilən inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların məcmusudur.
M a d d ə 2 . Bank fəaliyyətinin hüquqi əsasları
2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.3-1. Ələt azad iqtisadi zonasında bank sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2.4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.
2.5. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır.
M a d d ə 3 . Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar
3.1. Azərbaycan Respublikasının ərazisində kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər.
3.2. Depozit əməliyyatları yalnız banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilə bilər.
3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü, 5.1-ci, 35.4-cü və 42-ci maddələri istisna olmaqla digər müddəaları “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.
3.4. Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunları və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. B
3.5. Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görür.
M a d d ə 4 . Bankın adı
4.1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada "bank" sözü olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.
4.2. "Bank" sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa, bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında "bank" sözünün ("bank" sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.
4.3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların filiallarının, şöbələrinin və ya nümayəndəliklərinin adında bank sözü hüquqi bağlılıq və mənsubiyyət mənasında göstərilməlidir.
4.4. Bank lisenziyası ləğv olunmuş bankların adına "ləğv prosesində olan" sözləri əlavə edilir.
4.5. Bankın adında "Azərbaycan Respublikası", "dövlət", "milli" sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.
4.6. Banklar eyni addan istifadə edə bilməz.
Maddə 5. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında xarici kapitalın iştirakı
5.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında xarici bank kapitalının iştirak limiti Mərkəzi Bank tərəfindən müəyyən edilir.
5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi şəxslərin yerli banklarda iştirakına Mərkəzi Bank tərəfindən limit müəyyən edilir.
5.3. Mərkəzi Bank xarici bankların və xarici bank holdinq şirkətlərinin yerli törəmə banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata keçirdikdə müvafiq xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılıqlılıq əsasında və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayaraq (o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq) öz nəzarət funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatı alır. Mərkəzi Bank xarici bank tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini bu məlumatın məxfiliyini təmin etməklə həyata keçirir. Bu məqsədlə Mərkəzi Bank xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.
5.4. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.
II fəsil BANK FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN LİSENZİYA VƏ İCAZƏLƏRİN VERİLMƏSİ
M a d d ə 6 . Bank lisenziyaları və icazələr
6.1. Mərkəzi Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə bu Qanunda nəzərdə tutulmuş hallarda filiallar və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.
6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.
6.3. Ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmadıqda, Mərkəzi Bank verdiyi bank lisenziyasında və icazədə bu Qanunun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.
M a d d ə 7. Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət
7.1. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərkəzi Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.
7.2-1. Bu Qanunun 7.2-ci maddəsi sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir.
7.3. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.
M a d d ə 8. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması qaydaları
8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:
8.1.1. bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və
8.1.2. bank dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).
8.2. İlkin müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə olunur:
8.2.1. Bankın səhmlərini əldə edəcək hər bir mülkiyyətçisi üçün:
8.2.1.1. həmin mülkiyyətçi hüquqi şəxs olduqda - onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
8.2.1.2. həmin mülkiyyətçi xarici hüquqi şəxs olduqda - bu Qanunun 8.2.1.1-ci maddəsində sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
8.2.1.2-1. həmin mülkiyyətçi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda - bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;
8.2.1.3. həmin mülkiyyətçi fiziki şəxs olduqda - onun soyadını, adını, atasının adını və vətəndaşlığım, şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarmı, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;
8.2.1.4. həmin mülkiyyətçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) - bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;
8.2.2. bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;
8.2.3. bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.4. Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;
8.2.5. bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.5-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.6. Bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında protokol da daxil olmaqla, bankın təsis sənədlərinin surəti və bankın nizamnaməsi;
8.2.7. Bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;
8.2.8. bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.9. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu Qanunun 13.2-ci maddəsində göstərilmiş sənədlər;
8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
8.3. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya müraciətə əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 8.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən etdikdə, bu barədə müraciət edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
8.4. Mərkəzi Bank ilkin müraciəti bu Qanunun 8.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Mərkəzi Bank qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.
8.5. Mərkəzi Bankın ilkin müraciətə müsbət baxılması haqqında qərarında aşağıdakılar göstərilir:
8.5.1. bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti növlərini nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.
8.5.2. bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;
8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara dair tədbirlər;
8.6. Mərkəzi Bank bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir.
8.7. İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət Mərkəzi Banka təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.
8.8. Mərkəzi Bank bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin bankın müraciəti ilə onun adına hesab açır.
8.9. Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu müddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı, informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.
8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:
8.10.1. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın reqlamenti;
8.10.2. bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi yığıncağının qərarının surəti;
8.10.3. bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında Mərkəzi Bankın qərarı ilə müəyyən edilmiş şərtlər qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər);
8.10.4. ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;
8.10.5. bankın korporativ idarəetmə sistemlərinin, o cümlədən idarəetmə orqanlarının formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən sənədlər;
8.10.6. bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənəd.
8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 8.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən edildikdə, onların aradan qaldırılması üçün Mərkəzi Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Mərkəzi Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Mərkəzi Bank sənədlərin bu Qanunun 8.10-cu maddəsinin tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Mərkəzi Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.
8.12. Bu maddədə nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
M a d d ə 9 . Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması
9.1. Mərkəzi Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz.
9.2. Xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:
9.2.1. bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və
9.2.2. dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).
9.3. Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin müraciətə qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
9.3.1. bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
9.3.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;
9.3.2-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat;
9.3.3. əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;
9.3.4. təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı haqqında məlumat;
9.3.5. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
9.3.6. filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi və ləğv edilməsi qaydası göstərilməlidir;
9.3.7. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;
9.3.8. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;
9.3.9. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;
9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
9.3.11. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
9.3-1. Bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
M a d d ə 10. İnzibatçılara dair tələblər
10.1. Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər olmalıdır.
10.2. Aşağıdakı şəxslər bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola bilməzlər:
10.2.1. maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər iki il ərzində başqa bankın inzibatçısı ola bilməzlər);
10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Mərkəzi Bankın tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla);
10.2.3. bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş şəxslər;
10.2.4. bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) üzvü olan şəxslər;
10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla, bankda digər vəzifə tutan şəxslər;
10.2.6. Müşahidə Şurasının üzvü üçün - üçdən (müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunduqda beşdən) çox hüquqi şəxsin və ya digər hər hansı bir bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;
10.2.7. bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri, eləcə də xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - başqa banklarda, xarici bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyəti olan hüquqi şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və hüquqi şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla);
10.2.8. bankın inzibatçısı ilə qohumluq münasibətlərində olan şəxs – onun əri/arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);
10.2.9. dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).
10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;
10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;
10.3.3. yerli bankın filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.4. bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;
10.3.5. bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);
10.3.6. bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün - ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.
10.4. Bu Qanunun 10.3.5-ci maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.
10.5. Bank Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur.
Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
10.6. Bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.
10.7. Bu Qanunun 10.5-ci və 10.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
10.8. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.
Maddə 11. Yerli bankların filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılmasına dair tələblər
11.1. Yerli bank bu Qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir.
11.1-1. Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
11.2. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər. Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır.
11.2-1. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu Qanunun 11.3.5-ci maddəsində göstərilən sənəd və məlumatlar əlavə olunur. Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu Qanunun 10.6-cı maddəsində göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər.
11.3. Yerli bank xarici filialını və ya nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka yazılı müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
11.3.1. bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;
11.3.2. filialın və ya nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı filial və nümayəndəliyin ünvanı, bank fəaliyyət növləri (yalnız filiallar üçün), inzibatçıların səlahiyyətləri, bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir;
11.3.3. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilat strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-plan;
11.3.4. filialın və ya nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında bankın səlahiyyətli orqanının qərarının surəti;
11.3.5. filialın və ya nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi şəxslərdə mühüm iştirak paylan göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
11.3-1. Bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
11.4. Mərkəzi Bank müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 11.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Mərkəzi Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
11.5. Yerli bankın xarici filialının və ya nümayəndəliyinin açılmasına icazə alınması üçün ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində Mərkəzi Bank müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Mərkəzi Bank qəbul etdiyi qərarı banka göndərir. Mərkəzi Bank müraciətə müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə xarici filialın və ya nümayəndəliyin məşğul ola biləcəyi fəaliyyətin xarakteri və miqyası haqqında məlumat, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında Mərkəzi Bankın qərarında onların əsasları göstərilməlidir.
11.6. Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə müəyyən edilmiş qaydada qarşılıqlı əməkdaşlıq əsasında müvafiq filialın və ya nümayəndəliyin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.
11.7. Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir.
11.8. Bank filial, şöbə və nümayəndəliklərinin fəaliyyətlərinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş struktur bölməsinin aktiv və öhdəliklərinin banka və ya bankın digər struktur bölməsinə ötürülməsi qaydası göstərilir.
M a d d ə 12. Xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazənin alınması
12.1. Mərkəzi Bankın icazəsi olmadan xarici bank Azərbaycan Respublikasında nümayəndəliyini aça bilməz.
12.2. Xarici bank yerli nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka ərizə ilə müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər və məlumatlar əlavə edilməlidir:
12.2.1. bankın nizamnaməsinin və nümayəndəlik açmaq barəsində səlahiyyətli orqanının qərarının surəti;
12.2.2. nümayəndəliyin yaradılması və ləğv edilməsi haqqında qərarı qəbul edən səlahiyyətli idarəetmə orqanı göstərilməklə, bank, onun təşkilati strukturu və idarəetmə orqanları haqqında məlumat;
12.2.3. bankın mühüm iştirak paylarının sahiblərinin onlara məxsus səsli səhmlər payı göstərilməklə siyahısı;
12.2.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat;
12.2.4. bankın son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
12.2.5. nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi;
12.2.6. nümayəndəliyin inzibatçılarının peşəkar keyfiyyətləri və təcrübəsi, habelə məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış;
12.2.7. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər.
12.2-1. Bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
12.3. Mərkəzi Bank müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və ya çatışmazlıqlar (bu Qanunun 12.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) müəyyən etdikdə, onlar haqqında banka 10 təqvim günü müddətində yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Mərkəzi Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
12.4. Xarici bankın nümayəndəliyin açılmasına icazə alınması üçün təqdim edilmiş müraciətin qəbul edilməsi barədə bildirişin göndərildiyi gündən ən geci 60 təqvim günü müddətində Mərkəzi Bank bu Qanuna müvafiq olaraq müraciətə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Mərkəzi Bank öz qərarının surətini müvafiq xarici banka göndərir.
12.5. Xarici bankın nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra dövlət qeydiyyatı haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra Mərkəzi Bank ona icazə verir.
12.6. Xarici bankın yerli nümayəndəliyinə verilən icazədə nümayəndəliyin həyata keçirə biləcəyi işlərin xarakteri, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir.
M a d d ə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın yerli filiallarına lisenziya verilməsi üçün və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazə alınması üçün əlavə tələblər
13.1. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın yerli filiallarına bank lisenziyaları və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazələr yalnız Mərkəzi Bank ilə xarici bankın və ya xarici bank holdinq şirkətinin bank fəaliyyətini tənzimləyən və ona nəzarət edən xarici səlahiyyətli orqanlar arasında məsləhətləşmələr keçirildikdən və həmin orqanlar tərəfindən banka və ya bank holdinq şirkətinə konsolidasiya edilmiş əsasda lazımi nəzarətin həyata keçirilməsi müəyyən edildikdən sonra verilir.
13.2. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə bankına, xarici bankın filialına bank lisenziyası və ya xarici bankın yerli nümayəndəliyinin açılmasına icazə alınması üçün müraciətə bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilən sənədlərdən başqa aşağıdakı sənədlər də əlavə edilir:
13.2.1. xarici bankın törəmə bankı, filialı və ya nümayəndəliyi üçün - təsisçi xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsinin olması, habelə həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata keçirməsi barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, nümayəndəliyin açılmasına yazılı icazəsi;
13.2.1. xarici bank holdinq şirkətinin törəmə bankı üçün - bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata keçirməsi, bu şirkətin fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməsi üçün həmin ölkədə lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları idarə etməsi barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi.
13.3. Xarici bankların və xarici bank holdinq şirkətlərinin törəmə banklarında İdarə Heyəti üzvlərinin, xarici bankların yerli filiallarında isə inzibatçılarının ən azı biri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.
M a d d ə 14. Bank lisenziyasının və ya icazənin verilməsi şərtləri
14.1. Bankların və xarici bankların yerli filiallarının etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə alınmaqla, bank lisenziyası bu Qanuna uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənildikdə verilir:
14.1.1. bankın ilkin nizamnamə kapitalı və ya xarici bankın yerli filialının ilkin nizamnamə kapitalına bərabər tutulmuş vəsaiti Mərkəzi Bank tərəfindən ilkin müraciətin təsdiq edildiyi zaman müəyyən edilmiş miqdardan az deyildir və həmin vəsaitlərin mənbəyi məlumdur;
14.1.2. mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin və ya benefisiar mülkiyyətçilərin banka təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar məlum deyildir;
14.1.3. bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti arasında münasibətlər Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır, təsisçi bankın və ya bank holdinq şirkətinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara səmərəli nəzarət həyata keçirilir, həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları Mərkəzi Bank ilə əməkdaşlıq edəcəkdir;
14.1.4. benefisiar mülkiyyətçilər, mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olduqda;
14.1.5. bankın və ya xarici bankın yerli filialının inzibatçıları bu Qanunun 10-cu və müvafiq hallarda 13.3-cü maddəsinin tələblərinə cavab verir;
14.1.6. bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;
14.1.7. bankın və ya xarici bankın yerli filialının biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;
14.1.8. yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna olmaqla) törəmə strukturu deyildir;
14.1.9. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici bank və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;
14.1.10. xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında ödəniləcəyinə təminat verir;
14.1.11. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi xarici bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı törəmə bankın təsis edilməsinə icazə vermiş və Mərkəzi Bank ilə həmin orqan arasında məsləhətləşmələrdən sonra müəyyən olunmuşdur ki, xarici banka və ya xarici bank holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu orqan tərəfindən konsolidasiya əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;
14.1.12. təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirir;
14.1.13. bank şirkətlər qrupunun üzvüdürsə, bu cür üzvlük Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır;
14.1.14. təsisçilərin və ya yerli filial açan xarici bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;
14.1.15. bankın və ya xarici bankın yerli filialının lisenziyalaşdırılması üçün təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.
14.2. Yerli bankların xarici filiallarının və nümayəndəliklərinin və xarici bankların yerli nümayəndəliklərinin etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə alınmaqla, onların açılmasına Mərkəzi Bank tərəfindən icazə bu Qanuna uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənilməklə verilir:
14.2.1. bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;
14.2.2. filialın və ya nümayəndəliyin inzibatçıları bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab verir;
14.2.3. filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;
14.2.4. filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;
14.2.5. yerli bankın xarici filialının, nümayəndəliyinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı Mərkəzi Bank ilə qarşılıqlı əməkdaşlıq əsasında həmin filiala, nümayəndəliyə lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.6. təsisçi olan xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli nümayəndəliyin açılmasına icazə vermişdir və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.8. filial tərəfindən bank hesabları üzrə aparılan əməlliyyatlar təsisçi bankın hesabatlarında Mərkəzi Bank tərəfindən müəyyən edilmiş vaxt rejimində həyata keçirilir;
14.2.9. filialın və ya nümayəndəliyin açılmasına icazə almaq üçün təqdim edilən sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.
14.3. Bank lisenziyası və ya icazə alınması üçün ərizə rədd edildikdə müraciət edənlər Mərkəzi Bankın qərarını aldıqdan sonra Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər.
Maddə 15. Bankların, onların filiallarının, şöbələrinin və nümayəndəliklərinin reyestri
15.1. Mərkəzi Bank bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə bankların, filialların, şöbələrin və nümayəndəliklərin adları, ünvanları, inzibatçıları barədə məlumatlar, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixi (bu Qanunla lisenziya və icazə tələb olunduqda), fəaliyyətinə xitam verilmiş banklar, filiallar, şöbələr və nümayəndəliklər haqqında məlumatlar daxil edilir.
15.2. Banklar reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirlər.
M a d d ə 16. Bank lisenziyasının və ya icazənin ləğvi
16.1. Bankın və ya xarici bankın yerli filialının bank lisenziyasının ləğv edilməsi məsələsinə yalnız Mərkəzi Bank tərəfindən aşağıdakı əsaslardan biri olduqda baxılır:
16.1.1. bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında;
16.1.2. xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə;
16.1.3. bank müflis elan edildikdə;
16.1.4. lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;
16.1.5. bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən on iki ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Mərkəzi Bank tərəfindən bankın və ya xarici bankın yerli filialının altı ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;
16.1.6. bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin və ya məcmu kapitalının (xarici bankın yerli filialının məcmu kapitalına bərabər tutulmuş vəsaitinin) miqdarı müvafiq olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın minimum miqdarından az olduqda;
16.1.7. bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;
16.1.8. bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə, o cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;
16.1.9. bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;
16.1.10. bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
16.1.11. bu Qanunun 14.1.2-14.1,4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə və 14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;
16.1.12. Mərkəzi Bankın icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə;
16.1.13. yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq şirkətinin lisenziyası ləğv edildikdə;
16.1.14. bankın yenidən təşkili Mərkəzi Bankın icazəsi olmadan həyata keçirildikdə;
16.1.15. xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan banka yerləşdiyi ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank onların törəmə banklarına və ya xarici bankın yerli filiallarına nəzarəti həyata keçirə bilmədikdə;
16.1.16. bilərəkdən Mərkəzi Banka yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə;
16.1.17. sonuncu üç hesabat tarixinə Mərkəzi Banka aylıq hesabat təqdim edilmədikdə;
16.1.18. bank və ya xarici bankın yerli filialı bu Qanuna uyğun olaraq Mərkəzi Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;
16.1.19. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planında nəzərdə tutulduqda;
16.1.20. bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə.
16.2. Yerli bankın xarici filial və nümayəndəliklərinə, habelə xarici bankın yerli nümayəndəliklərinə verilmiş icazə yalnız Mərkəzi Bank tərəfindən aşağıdakı əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır:
16.2.1. icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;
16.2.2. bankın lisenziyası ləğv edildikdə;
16.2.3. bank müflis elan olunduqda;
16.2.4. bank ləğv edildikdə;
16.2.5. icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud Mərkəzi Bank yerli bankın filialının altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;
16.2.6. bu Qanunun 14.2.1-14.2.5-ci maddələrində göstərilmiş hər hansı şərt yerinə yetirilmədikdə;
16.2.7. icazəni almış bank, filial və ya nümayəndəlik idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;
16.2.8. bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
16.2.9. nümayəndəliyin və ya yerli bankın xarici filialının bağlanması haqqında qərar qəbul edildikdə;
16.2.9-1. nümayəndəliyə və ya yerli bankın xarici filialına xaricdə verilmiş icazə ləğv edildikdə;
16.2.10. yerli bankın xarici filialının və ya nümayəndəliyinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə.
16.3. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi qərarı haqqında banka Mərkəzi Bank tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.
M a d d ə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi
17.1. Bank ona verilmiş lisenziya və icazənin ləğv edilməsi haqqında Mərkəzi Banka müraciət edir.
17.2. Bank ona verilmiş lisenziyanın ləğvi barədə ərizəyə bank tərəfindən təsdiq edilmiş ləğvetmə planını, ərizənin verildiyi gündən etibarən üç ay əvvəlki tarixə kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını əlavə etməlidir. Mərkəzi Bank ərizənin təqdim edildiyi gündən ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul etməlidir.
Bankların xarici filiallarına verilmiş icazələrin ləğvi barədə müraciətə və əlavə edilmiş ləğvetmə planına Mərkəzi Bank ərizənin təqdim edildiyi gündən etibarən ən geci 30 təqvim günü müddətində baxaraq bankın müraciətinə dair qərar qəbul etməlidir.
17.3. Bankın və ya xarici bankın yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti məqbul hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz öhdəliklərini ödəmək üçün yetərli miqdarda likvid vəsaiti olduqda Mərkəzi Bank tərəfindən ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı bu Qanunun 58-ci maddəsinin müddəalarına uyğun ləğv edilir.
17.4. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi barədə ərizənin rədd edilməsi haqqında əsaslandırılmış qərar Mərkəzi Bank tərəfindən dərhal banka və ya təsisçi xarici banka və onun yerli filialına göndərilməlidir.
M a d d ə 18. Bank lisenziyasının və ya icazənin ləğvi haqqında qərarın dərc edilməsi və qüvvəyə minməsi
18.1. Mərkəzi Bank bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5 təqvim günü müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş göndərməli və mediada rəsmi məlumat dərc etdirməlidir. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda başqa müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.
18.2. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank, filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici bankın yerli filialının iflası proseduruna başlanıldığı hallar istisna olmaqla, bu Qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.
18.3. Yerli və xarici banklar bank lisenziyasının və ya icazənin ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi Mərkəzi Bankın müvafiq qərarının icrasını dayandırmır.
III fəsil BANKLARIN YARADILMASI, İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ AUDİT
M a d d ə 19. Bankların təşkili
19.1. Bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir.
19.2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.
19.3. Bank yalnız adlı səhmlər buraxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın imtiyazlı səhm mülkiyyətçiləri səs hüququna malik ola bilməzlər.
19.4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.
M a d d ə 20. Bankın nizamnaməsi və reqlamenti
20.1. Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi ilə edilir.
20.2. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:
20.2.1. bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati şöbələri, onların bölmələri və funksiyaları, tabeliyi və hesabat verməsi qaydası;
20.2.2. bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin vəzifələri;
20.2.3. daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;
20.2.4. bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri;
20.2.5. filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.
20.3. Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Mərkəzi Banka bir nüsxədə təqdim edilir və Mərkəzi Bankda saxlanılır.
20.4. Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Mərkəzi Banka təqdim edilir.
M a d d ə 2 1. Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər
21.1. Bank məcmu kapitalmı, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
21.2. Heç bir bank Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz.
21.3. Heç bir xarici bank Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.
21.4. Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.
21.5. Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu kapitala bərabər tutulmuş vəsaitin miqdarının Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda dərhal bu barədə Mərkəzi Banka bildiriş göndərməlidirlər.
Maddə 22. Bankın nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması
22.1. Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.
22.2. Bank, kapitalına mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak paymı əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Mərkəzi Banka yazılı bildiriş göndərməlidir.
22.3. Bank, kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Mərkəzi Banka yazılı bildiriş göndərməlidir.
22.4. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulan iştirak payının alınması üçün bankın səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim edir:
22.4.1. həmin sahib hüquqi şəxs olduqda:
22.4.1.1. hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;
22.4.1.2. həmin hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat;
22.4.1.3. xarici hüquqi şəxslər yuxanda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər:
Onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, nizamnamə (əsasnamə), ən azı sonuncu üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;
22.4.1.4. şəxs xarici bank olduqda əlavə olaraq bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməklə bağlı fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış;
22.4.2. həmin sahib fiziki şəxslər olduqda:
22.4.2.1. Soyadını, adım, atasının admı və vətəndaşlığını, şəxsiyyət vəsiqəsinin və şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun sahibliyində və ya nəzarətində olan hüquqi şəxslər və onların məşğuliyyət növü, onun vətəndaş qüsursuzluğuna dair məlumat;
22.4.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış ;
22.4.2-1. həmin sahib xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;
22.4.3. həmin şəxsin mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitinin mənbəyi, habelə bankların və ya başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;
22.4.4. bankların və başqa şəxslərin həmin şəxsin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;
22.4.5. bu Qanunun 22.4.3-cü və 22.4.4-cü maddələrində göstərilmiş hüquqi şəxslərin fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı.
22.4-1. Bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bankdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bankın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bank tərəfindən təmin edilir.
22.5. Mərkəzi Bank bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş ərizəyə ən geci 90 təqvim günü müddətində baxır. Həmin müddət ərzində Mərkəzi Bank ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Mərkəzi Bank icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
22.5.1. bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda (bu Qanunun 22.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla);
22.5.2. hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;
22.5.3. fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;
22.5.4. mühüm iştirak payını əldə edəcək hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda və ya mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 14.1.2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;
22.5.5. iştirak payının əldə edilməsi nəticəsində bank, bank və ya bank holdinq şirkəti olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə;
22.5.6. xarici ölkənin bank tənzimləməsi və nəzarəti orqanı xarici banka və ya xarici bank holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə;
22.5.7. iştirak payının əldə edilməsi nəticəsində bankla bağlı olacaq xarici banka və ya xarici bank holdinq şirkətinə onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.
22.6. Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstərilir.
22.7. Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, Mərkəzi Bank həmin şəxsə onun bankdakı payının icazəsiz aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.
Mühüm iştirak payının əldə edilməsi üçün müəyyən edilmiş maksimum müddətlərə riayət edilməzsə, Mərkəzi Bank həmin şəxsə müddət bitdikdən sonra aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.
Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ səhmdarların ümumi yığıncağının iclaslarında nəzərə alınmır.
22.8. Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.
22.9. Banklar onların kapitalında payların bu Qanunun 22.1-ci və ya 22.8-ci maddələrində göstərilmiş kəmiyyətlərdən az və ya çox olmasına səbəb olan hər hansı pay əldə edilməsindən və ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə Mərkəzi Banka məlumat verməlidirlər. Banklar həmçinin mühüm iştirak paylarına malik olan səhmdarlar, onların ünvanları, həmin payların miqdarı haqqında məlumatları ildə iki dəfədən az olmayaraq Mərkəzi Banka yazılı şəkildə bildirməlidirlər.
22.10. Mərkəzi Bank aşağıdakı halları aşkar etdikdə bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir:
22.10.1. hüquqi şəxsin icra orqanlarının rəhbərlərindən hər hansı biri və ya fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda;
22.10.2. bankın maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə bilən dərəcədə banka təsir göstərildikdə;
22.10.3. bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə;
22.10.4. xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya onlar bu sahədə Mərkəzi Bank ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.
22.11. Bu Qanunun 22.10-cu maddəsinə müvafiq Mərkəzi Bankın verdiyi ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxır.
M a d d ə 23. Bankların idarəetmə strukturu
Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.
M a d d ə 24. Səhmdarların ümumi yığıncağı
24.1. Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:
24.1.1. bankın nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;
24.1.2. bankın reqlamentini qəbul etmək və reqlamentə əlavə və dəyişikliklər etmək;
24.1.3. bankın faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətini, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;
24.1.4. digər hüquqi şəxslərin kapitalında bankın iştirakı barədə qərarlar qəbul etmək, bankın filiallarını və nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, onların əsasnamələrini təsdiq etmək;
24.1.5. növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək;
24.1.6. bankın büdcəsini qəbul və təsdiq etmək;
24.1.7. bankın İdarə Heyətinin üzvlərini təyin və azad etmək, İdarə Heyətinin əsasnaməsini təsdiq etmək;
24.1.8. bankın Müşahidə Şurasının üzvlərini təyin və azad etmək, əsasnaməsini təsdiq etmək, bu Qanunun tələbləri nəzərə alınmaqla bankın inzibatçılarının işə götürülməsi müddətlərini və şərtlərini müəyyənləşdirmək;
24.1.9. Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, bankın inzibatçılarının bank adından və bank hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərini və həmin səlahiyyətlərin bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərini müəyyənləşdirmək;
24.1.10. bu Qanunun 28-ci maddəsinə əsasən bank inzibatçılarının kommersiya maraqlarmı açıqlaması haqqında qaydaları və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək;
24.1.11. bankın törəmə təsərrüfat cəmiyyətlərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, başqa bankın satın alınması barədə qərarlar qəbul etmək;
24.1.12. nizamnamə kapitalının artırılması və azaldılması barədə qərarlar qəbul etmək, bank səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, habelə bankda mühüm iştirak payının əldə edilməsinə razılıq vermək;
24.1.13. bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarını təsdiq etmək, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividentlərin ödənilməsi barədə qərar qəbul etmək;
24.1.14. bankın satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək;
24.1.15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə, bu Qanunla və bankın nizamnaməsi ilə səlahiyyətinə aid edilmiş digər məsələləri həll etmək.
24.2. bu Qanunun 24.1.2 - 24.1.7-ci maddələri ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər həll edilmək üçün bankın Müşahidə Şurasına verilə bilər.
24.3. Bankın təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli sayılır. Səhmdarların sonrakı ümumi yığıncaqları (o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar) bütün səsvermə hüququ olan səhmlərin azı 60 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətli sayılır. Bankın təsis yığıncağında onun yaradılması, nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar yekdilliklə qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi, bankın satılması, yenidən təşkili, başqa bankın alınması və bankın fəaliyyətinə xitam verilməsi məsələləri üzrə qərarlar yığıncaqda təmsil edilən səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul olunur. Banka aidiyyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilir. Bütün digər qərarlar yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul olunur.
24.4. Səhmdarlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın nizamnamə kapitalındakı paylarına mütənasib səs hüququna malikdirlər. Hər bir səhmdar səhmdarların ümumi yığıncağında özünün səs hüququnu həm şəxsən, həm də səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Etibarnamə yazılı şəkildə rəsmiləşdirilir və yığıncağın protokoluna qoşulur. Etibarnamə yığıncaq başlananadək verilir. Səhmdarları qanuni əsasda təmsil edən şəxslər üçün ayrıca etibarnamə tələb olunmur. Həmin şəxslər bu cür səlahiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər.
24.5. Səhmdarların növbəti və növbədənkənar yığıncaqları keçirilə bilər. Səhmdarların hər bir növbəti ümumi yığıncağının keçirilməsi günü, yeri, vaxtı və gündəlik üzrə materiallarla tanış olma qaydası barəsində bildirişlər, habelə həmin yığıncağın gündəliyi yığıncağın keçirilməsi gününə ən azı 45 təqvim günü qalmış səhmdarlara göndərilir və bu barədə mediada məlumat dərc etdirilir. Bildirişlə birlikdə göndərilən gündəliyə daxil edilməmiş məsələlər üzrə qərar qəbul olunmasına yol verilmir. Növbəti yığıncaqlar ildə bir dəfədən az olmayaraq keçirilir. Növbəti yığıncaqlar bankın hər il üçün maliyyə hesabatı tərtib edildikdən və kənar auditor yoxlamasından keçdikdən sonra ən geci iki ay ərzində keçirilir.
Növbədənkənar yığıncaqlar səsvermə hüququ olan səhmlərin azı 5 faizinin mülkiyyətçilərinin, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. Növbədənkənar yığıncaqların çağrılması qaydası və müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
24.6. Səhmdarların yığıncağında səsvermə hüququna malik olan bütün səhmdarlar təmsil olunmuşdursa, yığıncaq onun çağırılması vaxtından və üsulundan asılı olmayaraq səlahiyyətli sayılır. Səsvermə hüququna malik olan səhmdarların hamısı yekdilliklə razılıq verərsə, bu yığıncaq gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
M a d d ə 25. Müşahidə Şurası
25.1. Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:
25.1.1. bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən bankın İdarə Heyətindən hesabat almaq;
25.1.2. səhmdarların ümumi yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;
25.1.3. səhmdarların ümumi yığıncağının hər bir iclasmı bildirişlər göndərmək yolu ilə çağırmaq və səhmdarların, habelə Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə və onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;
25.1.4. bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini məlumatlandırmaq, Mərkəzi Banka isə bank qanunvericiliyinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulması faktları barədə bildiriş göndərmək;
25.1.5. bu Qanuna müvafiq olaraq İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;
25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;
25.1.6. bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda bankı idarə və təmsil etmək;
25.1.7. bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət proqramını hazırlamaq və tətbiq etmək;
25.1.8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək;
25.1.9. bu Qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;
25.1.10. səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar və bu Qanunun 40.1.1-1-ci maddəsinə uyğun olaraq İdarə Heyəti tərəfindən qərarın qəbul edilməsi halları istisna olmaqla, aidiyyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
25.1.11. bankın fəaliyyətinin kompleks və ya ayrı-ayn sahələrinin yoxlanması barədə qərar qəbul etmək;
25.1.12. kənar və daxili auditorların, habelə yoxlayıcı orqanların yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
25.1.13. bu Qanunla, bankın nizamnaməsi və Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə tutulan səlahiyyəti icra etməzdən əvvəl Mərkəzi Banka əsasları göstərməklə yazılı bildiriş göndərir və səhmdarların ümumi yığıncağının növbədənkənar iclasmı çağırır. Mərkəzi Bank Müşahidə Şurasının qərarına dair öz münasibətini bildirə bilər.
Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən qəbul etdiyi qərarlar səhmdarların ümumi yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.
25.2. Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.
25.3. bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər bankın Müşahidə Şurasının üzvü ola bilməz və bank səhmdarlarının ümumi yığıncağının azad edilməlidirlər.
25.4. Müşahidə Şurası onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası bankın nizamnaməsində və ya Müşahidə Şurası haqqında əsasnamədə müəyyən edilir.
25.5. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə dair protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.
25.6. Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır.
M a d d ə 26. İdarə Heyəti
26.1. Bankın İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
26.2. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.
26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər bankın İdarə Heyətinin üzvü ola bilməz və səhmdarların ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.
26.4. İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
26.5. İdarə Heyətinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır.
M a d d ə 27. Audit Komitəsi və daxili audit
27.1. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə və s.) fəaliyyət göstərir.
27.2. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
27.2.1. bankın audit siyasətini və strategiyasını müəyyən etmək;
27.2.2. daxili audit planlarmı təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
27.2.3. kənar auditin təyin edilməsi ilə əlaqədar bankın səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;
27.2.4. kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsinə yardım etmək;
27.2.5. bankın idarəetmə orqanları ilə kənar auditorlar, habelə nəzarət orqanları arasında əlaqələr qurmaq;
27.2.6. daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək.
27.2.7. Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
27.3. Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər. Müşahidə Şurası Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı formasında muzdu Müşahidə Şurası tərəfindən təyin edilir.
27.4. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın İdarə Heyətinin üzvləri və bankın səhmdarları bankın Audit Komitəsinin üzvü ola bilməz və Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Müşahidə Şurasının üzvləri (bankın səhmdarları istisna olmaqla) Audit Komitəsinin üzvü ola bilərlər.
27.5. Audit Komitəsi onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası Audit Komitəsi haqqında təsdiq edilmiş əsasnamədə müəyyən edilir.
27.6. Audit Komitəsinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Audit Komitəsi sədrinin səsi həlledici sayılır.
27.7. Daxili audit bölməsi (departament, şöbə və s.) Audit Komitəsinin nəzarəti altında fəaliyyət göstərir və bankın icra orqanı ilə qarşılıqlı surətdə bankda daxili nəzarət və risklərin idarə edilməsi sisternlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir;
27.8. Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdimatı ilə bankın Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
27.9. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyətinin standart və qaydalarını Mərkəzi Bank müəyyən edir.
M a d d ə 28. Kommersiya maraqlarının açıqlanması
28.1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın Müşahidə Şurası qarşısında açıqlayır. Belə məlumatlar həmin şəxslər bankın idarəetmə orqanlarının üzvü seçildikdə və sonrakı dövrlərdə bankın daxili qaydalarına müvafiq olaraq açıqlanır.
28.2. Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin və bankın hər hansı digər komitəsinin və ya işçi qrupunun üzvlərindən birinin, habelə daxili audit bölməsinin əməkdaşlarının marağı ilə bağlı məsələ müzakirəyə çıxarıldıqda həmin üzv öz marağı barəsində müzakirə başlanmazdan əvvəl məlumat verməli, müzakirədə və qərarın qəbulunda iştirak etməməli, onun iştirakı isə yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.
28.2-1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın struktur bölmələrinin (filial, nümayəndəlik, şöbə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.
28.3. Bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri bankın səhmləri ilə əqd bağlayarkən məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada açıqlamalıdır.
28.4. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə bankın maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda məlumat verilməsi, habelə bankın maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.
M a d d ə 29. Bankların yenidən təşkili
Bankın, o cümlədən bank lisenziyası ləğv edilmiş bankın yenidən təşkilinə (birləşməsinə, qoşulmasına, bölünməsinə, ayrılmasına və ya çevrilməsinə) Mərkəzi Bankın müəyyən etdiyi qaydada və onun qabaqcadan yazılı razılığı ilə yol verilir.
M a d d ə 30. Hüquqi şəxslərin kapitalında bankların iştirakının məhdudlaşdırılması
30.1. Bankın başqa hüquqi şəxsdə iştirak payı əldə etməsi aşağıdakı hallardan birinə səbəb olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir:
30.1.1. iştirak payının balans məbləği bankın məcmu kapitalının 10 faizindən çox olduqda;
30.1.2. bankın bütün bu cür iştirak paylarının məcmu balans məbləği bankın məcmu kapitalının 40 faizindən çox olduqda.
30.2. Bank hüquqi şəxslərin kapitalında mühüm iştirak paymı təşkil edəcək və ya artıracaq, habelə hüquqi şəxsi bankın törəmə strukturuna çevirə biləcək iştirak paymı Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi ilə əldə edə bilər.
30.3. Banka borcu olan şəxsin maliyyə sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi dövründə və ya borcun əvəzinə bankın mülkiyyətinə keçirilmiş səhmlər (paylar) iki ildən çox olmayan müddətə bu Qanunun 30.1-ci maddəsinə müvafiq olaraq mühüm iştirak payının hesablanmasında nəzərə alınmır.
30.4. Bu Qanunun 30.2-ci maddəsinə əsasən icazə almaq üçün banklar Mərkəzi Banka aşağıdakı sənədləri qoşmaqla yazılı ərizə təqdim edirlər:
30.4.1. bankın başqa hüquqi şəxslərin kapitalında nəzərdə tutulan iştirak payının əldə edilməsi haqqında səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;
30.4.2. bankın başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak payları və nəzərdə tutulan iştirak payının artırılması nəticəsində yaranacaq mühüm iştirak payının miqdarı haqqında məlumat;
30.4.3. kapitalında mühüm iştirak payı əldə edilməsi nəzərdə tutulan hüquqi şəxslərin fəaliyyətlərinin əsas istiqamətləri və ünvanları haqqında məlumat, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri (maliyyə vəziyyətini əks etdirən hesabatlara dair tələb yeni yaradılan hüquqi şəxslərə şamil edilmir);
30.4.4. nəzərdə tutulan iştirak payının əldə edilməsi nəticəsində hüquqi şəxs bankın törəmə strukturuna çevrilərsə, bu hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqan-ları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
30.4.5. bankın mühüm iştirak payını əldə edəcəyi hüquqi şəxs xarici bank olduqda əlavə olaraq xarici bankın baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməklə bağlı fəaliyyəti həyata keçirmək üçün icazəsinin olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış.
30.4-1. Bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bankdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bankın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bank tərəfindən təmin edilir.
30.5. Bu Qanunun 30.4-cü maddəsinin tələblərinə uyğun təqdim edilən sənədlərə Mərkəzi Bankda ən geci 90 təqvim günü müddətində baxılır. Həmin müddət ərzində Mərkəzi Bank ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Aşağıdakı halları aşkar etdikdə Mərkəzi Bank başqa hüquqi şəxslərin kapitalında iştirak etməyə banka icazə vermir:
30.5.1. bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər tam təqdim edilməmişdir (bu Qanunun 30.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla);
30.5.2. nəzərdə tutulan iştirak payının əldə edilməsi nəticəsində bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik deyildir;
30.5.3. iştirak payının əldə edilməsi nəzərdə tutulan hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxşdir və ya belə payın əldə edilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaqdır;
30.5.4. nəzərdə tutulan iştirak payı əldə edilən xarici banka yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən lazımi nəzarət həyata keçirilmədiyinə və ya bu orqanın əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi qeyri-mümkündür.
30.6. Banka icazəni verdikdə Mərkəzi Bank iştirak payının əldə edilməsinin maksimum müddətini müəyyən edir.
30.7. Bank icazəsi olmadan mühüm iştirak payı əldə etdikdə və ya iştirak payı əldə etmək üçün müəyyən edilmiş müddətləri gözləmədikdə, Mərkəzi Bank həmin banka yazılı sərəncam göndərərək onun öz iştirak paymı sərəncamda göstərilən tarixədək ləğv etməyini və ya icazənin qüvvədən düşdüyünü bildirir.
30.8. Xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən həmin banka lazımi nəzarət həyata keçirilmədikdə və ya bu orqan Mərkəzi Bank ilə əməkdaşlıqdan imtina etdikdə Mərkəzi Bank banka hüquqi şəxsin kapitalında mühüm iştirak payının müəyyən etdiyi müddətdə özgəninkiləşdirilməsi və ya geri alınması barədə yazılı göstəriş verir.
IV fəsil BANKLARIN FƏALİYYƏTİNƏ DAİR TƏLƏBLƏR
M a d d ə 31. Bankların etibarlı fəaliyyətinə dair tələblər
31.1. Banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, digər normativ hüquqi aktların, habelə bu Qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər.
31.2. Banklar məcmu kapitalmı və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat uçotu sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər.
M a d d ə 32. Bankların fəaliyyət növləri
32.1. Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:
32.1.1. tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
32.1.2. kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri;
* (32.1.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
32.1.3. fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;
32.1.4. klirinq, ödəniş xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, ödəniş sistemlərinin təşkili, qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlərin aparılması;
32.1.5. çek və veksellərin buraxılması;
32.1.6. öz hesabına və ya müştərilərin hesabına çeklərin, köçürmə veksellərinin, qiymətli metalların və qiymətli daşların, habelə öz hesabına valyuta və faiz dərəcələrinə aid törəmə maliyyə alətlərinin alqı-satqısı.
32.1.6-1. öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
32.1.6-2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan həcmdə və qaydada qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi;
32.1.7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;
32.1.8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması;
32.1.10. maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;
32.1.11. kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi;
32.1.12. sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);
32.1.13. qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi;
32.2. Banklar bu Qanunun 32.1-ci maddəsində sadalanan fəaliyyət növlərindən başqa bu Qanunun 33-cü maddəsində göstərilən fəaliyyət növləri istisna olmaqla, digər qanunlarla nəzərdə tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər.
32.3. Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü üçün qanunvericiliyə əsasən əlavə olaraq xüsusi razılıq (lisenziya) tələb edildikdə banklar yalnız müvafiq xüsusi razılıq (lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər.
M a d d ə 33. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri
33.1. Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.
33.2. Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank yalnız Mərkəzi Bankın icazəsi ilə və yalnız icazədə göstərilən müddət ərzində bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən hüquqi şəxslərdə tərəfdaş, şərik və ya payçı ki-mi iştirak edə bilər.
M a d d ə 34. Prudensial normativlər və tələblər
34.1. Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və kapitalının miqdarı ilə bağlı Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə və tələblərə, o cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.
Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni normativlər və tələblər, onlarda dəyişikliklər banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və məcmu kapitalın minimum miqdarına aid tələblərə dəyişikliklər isə banklara rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.
34.2. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:
34.2.1. nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarmı;
34.2.2. məcmu kapitalın minimum miqdarmı (xarici bankların yerli filialları üçün məcmu kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını);
34.2.3. əsas və məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (xarici bankların yerli filialları üçün əsas və məcmu kapitala bərabər tutulmuş vəsaitin risk dərəcəsi üzrə ölçülmüş aktivlərə) nisbətini ( kapitalın adekvatlıq əmsallarını);
34.2.4. likvidlik göstəricilərini;
34.2.5. bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üçün kredit risklərinin maksimum miqdarını;
34.2.6. məcmu iri kredit risklərinin maksimum miqdarım;
34.2.7. aidiyyəti şəxslərə verilmiş kreditlərin maksimum miqdarmı;
34.2.8. aidiyyəti şəxslərə verilmiş məcmu kreditlərin maksimum miqdarmı;
34.2.9. digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarını;
34.2.10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarını;
34.2.11. açıq valyuta mövqeyinin limitlərini;
34.2.12. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq, mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələbləri;
34.2.13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri;
34.2.14. aidiyyəti şəxslərlə aparılan əməliyyatlara aid tələbləri;
34.2.15. aktivlərin və passivlərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunluğuna dair tələbləri.
34.3. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının fəaliyyətinin tənzimlənməsini həyata keçirdikdə, bu Qanunun 34.2-ci maddəsində göstərilən prudensial normativlərin və tələblərin hamısını və ya bir hissəsini tətbiq edir.
34.4. Banklar Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.
34.5. Mərkəzi Bank bankların fəaliyyət riskini azaltmaq, əmanətçilərin və kreditorların mənafelərini qorumaq məqsədilə bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan normativ və tələblərdən başqa beynəlxalq bank nəzarəti praktikasında qəbul olunmuş əlavə normativlər və tələblər müəyyən etmək hüququna malikdir. Mərkəzi Bank bankların sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla, onlar üçün müəyyən edilmiş normativlərdən və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.
34.6. Mərkəzi Bank xarici kapitallı banklar və xarici bankların yerli filialları üçün öz aktivlərini Azərbaycan Respublikasında yerləşdirmək barəsində tələblər müəyyən edə bilər.
M a d d ə 35. Banklar arasında münasibətlər
35.1. Bu Qanunla və Mərkəzi Bankın normativ xarakterli aktları və göstərişləri ilə, habelə lisenziyalar və icazələrlə məhdudlaşdırılan hallar istisna olmaqla, banklar qarşılıqlı surətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, o cümlədən müxbir və digər hesablar aça bilərlər.
35.2. Banklar öz aralarında bank fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı həyata keçirə bilərlər. Banklar bu məqsədlə, habelə üzvlərinin mənafelərinə kömək üçün qeyri-kommersiya birliklərinin yaradılması və bank işinin inkişafını və sabitliyini dəstəkləyən fəaliyyətin həyata keçirilməsi haqqında sazişlər bağladıqda, həmin sazişlərin iştirakçısı olan banklar bu sazişlər bağlandıqdan sonra 7 təqvim günü müddətində onların surətlərini Mərkəzi Banka təqdim etməlidirlər.
35.3. Bankların bank xidmətləri bazarının inhisara alınmasına və bank işində rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər bağlaması və razılaşdırılmış əməliyyatlar aparması qadağandır.
35.4. Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.
Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
35.4-1. Banklar apardıqları valyuta əməliyyatları barədə məlumatları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər.
35.5. Yerli banklar arasında, yerli bankla xarici bankların yerli filial və nümayəndəlikləri, habelə xarici bankların yerli filialları (nümayəndəlikləri) arasında mübahisələr Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.
M a d d ə 36. Banklarla onların müştəriləri arasında münasibətlər
36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir.
36.2. Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Mərkəzi Bank ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
36.3. Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi ilə öz bank lisenziyasını təqdim etməlidir.
36.4. Banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.
36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.
36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
36.7. Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.
M a d d ə 37. Bankın müxbir hesabları və banka həvalə edilmiş aktivlər barəsində səlahiyyətlər
37.1. Hüquqi və fiziki şəxslərin bankda olan pul vəsaitinə və digər sərvətlərinə qanunda nəzərdə tutulan hallarda və qaydada məhkəmənin və ya icra məmurunun qərarı ilə həbs qoyula bilər. Bank, hesabın üzərinə həbs qoyulması barədə müvafiq qərarı aldığı andan depozitlər (əmanətlər) və digər hesablar üzrə məxaric əməliyyatlarmı həbs qoyulmuş vəsait həcmində dayandırmalıdır.
Bankların müxbir hesablarına həbs yalnız məhkəmənin qərarı ilə bankın özünə qarşı olan tələblər üzrə öhdəlik məbləğində qoyula bilər.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan bank əməliyyatının icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. Banklar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.
37.2. Müştərinin bankda olan pul vəsaiti və digər sərvətləri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər.
37.3. Bank müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, müsadirə edilməsi, yaxud tələb yönəldilməsi nəticəsində müştərilərinə və ya kreditorlarına dəymiş zərər üçün məsuliyyət daşımır.
Maddə 38. Ödəniş əməliyyatları və hesablaşmalar
38.1. Banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
38.2. Banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
Maddə 39. Sənədlərin saxlanılması
39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.
39.2. Banklar ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədlərin, müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin, işgüzar yazışmaların, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədlərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd olunan müddətdə saxlanılmasını təmin etməlidirlər.
M a d d ə 40. Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması
40.1. Aşağıdakı hallarda banklar aidiyyəti şəxslərə kreditlər verə bilməzlər:
40.1.1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda;
40.1.1-1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının qərarı və ya bu Qanunun 25.1.9-cu maddəsinin tələbi nəzərə alınmaqla Mərkəzi Bankın müəyyən etdiyi limitlər və şərtlər daxilində İdarə Heyətinin qərarı olmadıqda;
40.1.2. kreditin verilməsi nəticəsində bank tərəfindən həmin hüquqi şəxs üçün verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxs üçün isə 3 faizinə bərabər məbləği keçdikdə;
40.1.3. kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 20 faizinə bərabər məbləği keçdikdə.
40.2. Aidiyyəti şəxslərə kredit bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildikdə, həmin kredit dərhal ödənilməlidir. Bankın Müşahidə Şurasının və İdarə Heyətinin müvafiq qərarın lehinə səs vermiş üzvləri bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyi kreditlər üzrə əsas məbləğin, faizlərin və digər ödənişlərin ödənilməsi üçün məsuliyyət daşıyırlar.
40.3. Bankların aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır.
40.4. Banklara aidiyyəti olan şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.
M a d d ə 41. Bank sirri
41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
41.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir və müştəri tərəfindən əl imzası (notariat qaydasında və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənməklə), gücləndirilmiş elektron imza və ya məsafədən bank hesablarının açılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən digər üsul ilə imzalanır. Həmin razılıqda bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların dairəsi, məlumatların verilməsi müddəti (müəyyən edildiyi halda) və məlumatların verilməsi ilə bağlı müştərinin zəruri hesab etdiyi digər şərtlər aydın şəkildə göstərilməlidir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şəxslərə yalnız aşağıdakı hallarda verilir:
41.2.1. nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı – Mərkəzi Banka;
41.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – vergi orqanlarına;
41.2.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 76-1-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə vergi orqanları vasitəsilə – həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına;
41.2.4. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq – maliyyə monitorinqi orqanına;
41.2.5. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə – Mərkəzi Seçki Komissiyasına;
41.2.6. “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada – Əmanətlərin Sığortalanması Fonduna;
41.2.7. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədinin məcburi icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə – icra məmurlarına;
41.2.8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə – miqrasiya orqanlarına;
41.2.9. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq – Azərbaycan Respublikasının Hesablama Palatasına;
41.2.9-1. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesabları üzərində müşahidə funksiyalarının yerinə yetirilməsi ilə bağlı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
41.2.10. ixracda hesablaşmalara dövlət nəzarəti ilə bağlı ixrac olunmuş mal (xidmət) müqabilində bank hesabına vəsaitin köçürülməsi barədə – gömrük orqanlarına;
41.2.10-1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – rəqabət orqanına;
41.2.11. cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında – müvafiq dövlət orqanlarına və onların vəzifəli şəxslərinə;
41.2.12. məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə;
41.2.13. müştəri vəfat etdikdə onun hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə – notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə;
41.2.14. bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bu Qanunda nəzərdə tutulmuş qaydada – müvafiq kreditorlara;
41.2.15. bankın aktiv və (və ya) öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada köçürülməsi (ötürülməsi/satılması) zamanı – aktiv və (və ya) öhdəlikləri qəbul edən şəxslərə;
41.2.16. bankın audit yoxlaması zamanı – kənar auditorlara;
41.2.17. bankın qanuni maraqlarının qorunması məqsədilə və yalnız bu məqsədlər üçün tələb olunduğu həcmdə müştərinin borc öhdəliyi barədə məhkəməyə, hüquq mühafizə orqanlarına, banka hüquqi yardım göstərən vəkilə, habelə bankın öz təşəbbüsü, yaxud qanunda və ya müqavilədə nəzərdə tutulduqda – arbitraj məhkəməsinə, mediatora, mübahisələrin digər alternativ həlli mexanizmini həyata keçirən şəxslərə;
41.2.18. ödəniş xidmətlərinin göstərilməsi zamanı – digər ödəniş xidməti təchizatçılarına, vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə.
41.2.19. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sekyuritizasiya zamanı – sekyuritizasiya şirkətinə.
41.3. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.
41.4. Mərkəzi Bank ilə xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti orqanları arasında qarşılıqlı əməkdaşlığa dair sazişə uyğun olaraq informasiya mübadiləsinin predmeti müvafiq dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab edilmir, bir şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri üçün istifadə edilir.
41.5. Bankların mövcud və keçmiş inzibatçıları, digər əməkdaşları, səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan, habelə bu Qanunun 41.2-ci və 41.3-cü maddələrində nəzərdə tutulmuş şəxslər əldə etdikləri bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açıqlanmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
41.6. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
Maddə 42. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
42.1. Kredit təşkilatları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.
42.2. Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidirlər.
42.3. Uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.
42.4. Bu Qanunun 42.1–42.3-cü maddələrində göstərilən tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.
V fəsil BANKLARDA MÜHASİBAT UÇOTU VƏ HESABAT. BANKLARIN FƏALİYYƏTİNƏ NƏZARƏT
Maddə 43. Mühasibat uçotu və maliyyə hesabatları
43.1. Bank və xarici bankın yerli filialı maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edir. Banklarda və xarici bankın yerli filiallarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.
43.2. Bankların mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.
M a d d ə 44. Kənar audit
44.1. Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olan kənar auditor tərəfindən yoxlanılmalıdır.
44.2. Auditor yoxlaması “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
44.3. Bankın və xarici bankın yerli filialının yoxlamasını aparan kənar auditor “Auditor xidməti haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı aşağıdakıları da həyata keçirir:
44.3.1. bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti haqqında tam və obyektiv təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;
44.3.2. mühasibat uçotunu, maliyyə nəzarəti sistemlərini və prosedurlarını lazımi səviyyədə saxlamaqda banka kömək göstərir;
44.3.3. inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında Mərkəzi Banka məlumat verir;
44.3.4. banka və xarici bankın yerli filialına nəzarət funksiyasının həyata keçirilməsi üçün tələb olunduqda Mərkəzi Bankın yazılı sorğusuna əsasən auditini aparan və ya aparmış bankın və xarici bankın yerli filialının fəaliyyətinə dair istənilən sənəd və məlumatları sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim edir.
44.4. Yerli filialı və ya nümayəndəliyi olan xarici bank yerli filial və nümayəndəliklərinin auditinin konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.
44.5. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının auditinin aparılmasına dair beynəlxalq bank nəzarəti praktikasına uyğun minimum tələblər müəyyən edir. Kənar auditor yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun gəlməsə, Mərkəzi Bank auditorun dəyişdirilməsini, habelə bankın özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.
Maddə 45. Maliyyə hesabatlarının təqdim olunması və dərc edilməsi
45.1. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.2. Xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci səkkiz ay müddətində isə xarici bankın kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir.
45.3. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarını bu Qanunun 45.1-ci və 45.2-ci maddələri ilə müəyyən edilən müddətlərdə Mərkəzi Banka təqdim etməli, habelə özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.
45.4. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.
M a d d ə 46. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət
46.1. Bank və xarici bankın yerli filialı maliyyə vəziyyətinin qiymətləndirilməsi və fəaliyyətinə nəzarət olunması məqsədilə Mərkəzi Banka prudensial hesabatları (bank tərəfindən həmçinin törəmə təsərrüfat cəmiyyətlərini daxil edən konsolidasiya əsasında tərtib edilmiş prudensial hesabatları), habelə bank statistika hesabatlarını təqdim etməlidirlər. Prudensial və bank statistikası hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
46.2. Banklar və xarici bankların yerli filialları yerlərdə Mərkəzi Bankın əməkdaşları və ya Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar tərəfindən yoxlanılır. Banklarda və xarici bankların yerli filiallarında yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır.
46.3. Bu Qanunun 46.1.-ci və 46.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Banka və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:
46.3.1. istənilən banka, onun filiallarına, şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə, habelə xarici bankın yerli filialına daxil olmaq və onların hesabatlarını, mühasibat kitablarmı, sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;
46.3.2. bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik olan şəxslərin, banka aidiyyəti olan şəxslərin , bankın filialının, şöbəsinin və xarici bankın yerli filialının inzibatçılarından, əməkdaşlarından və agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o cümlədən müştərilərin əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək.
46.4. Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətinin qanunvericilikdən və əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında hesabatları Mərkəzi Banka təqdim etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Hesabat məlumatlarmı dəqiqləşdirmək məqsədilə Mərkəzi Bankın əməkdaşları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər.
46.5. Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, xarici bankın yerli filialı və nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı Mərkəzi Bankın əməkdaşlarına və ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilatı və texniki imkanları yaradır.
46.6. Qarşılıqlılıq prinsipinə əsasən xarici bank tənzimləməsi və nəzarəti orqanlarının sorğuları, habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Bank başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli filiallarında yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyətli deyildir.
46.7. Azərbaycan Respublikasında vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bankların və xarici bankların yerli filiallarının fəaliyyətini yalnız vergi ödəyiciləri qismində yoxlaya bilər. Yoxlamaların keçirilməsi zamanı bank müştərilərinin hesabları və əməliyyatları ilə bağlı məlumatlar və sənədlər yalnız bank sirrini təşkil edən məlumatların açıqlanması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara uyğun əldə edilir.
46.8. Banklar və xarici bankların yerli filialları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.
VI fəsil BANKLARA TƏSİR TƏDBİRLƏRİ VƏ SANKSİYALAR
M a d d ə 47. Banklara təsir tədbirləri
47.1. Bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin bu Qanunun, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsinə, Mərkəzi Bankın verdiyi lisenziyaya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə pozuntunun xarakterindən asılı olaraq Mərkəzi Bankın banka aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır:
47.1.1. pozuntuların aradan qaldırılması haqqında bankdan öhdəlik məktubu tələb etmək;
47.1.2. bankla razılaşma bağlamaq;
47.1.3. banka sərəncam vermək;
47.2. Pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması haqqında Mərkəzi Bank tərəfindən bankdan öhdəlik məktubu tələb edildikdə, bankın Mərkəzi Banka təqdim etdiyi məktubda yol verilmiş çatışmazlıqların radan qaldırılması üçün bank tərəfindən görüləcək tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərilir.
47.3. Mərkəzi Bank ilə bank arasında bağlanmış razılaşmada aşkar edilmiş çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması və bununla bağlı ilk növbədə həyata keçirilməli tədbirlər müəyyən olunur.
47.4. Mərkəzi Bankın banka icrası məcburi olan sərəncamında bu Qanunun 48-ci maddəsində göstərilmiş təshih tədbirlərinin həyata keçirilməsi və (və ya) çatışmazlıqların, pozuntuların aradan qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir.
Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılmasına yönəldilən təshih tədbirləri tətbiq edildikdə, bank verilən sərəncama müvafiq olaraq tədbirin həyata keçirilməsi planını iki həftə müddətində Mərkəzi Banka təqdim edir.
Mərkəzi Bankın icrası məcburi olan sərəncamından məhkəmə qaydasında şikayət verilməsi həmin sərəncamın icrasını dayandırmır.
47.5. Bank bu Qanunun 47.2-ci, 47.3-cü və 47.4-cü maddələrində göstərilmiş müvafiq öhdəlik məktubunun, razılaşmanın və sərəncamın icrası barədə həmin sənədlərdə göstərilmiş müddətdə Mərkəzi Banka məlumat verməlidir.
M a d d ə 48. Banklara təshih tədbirləri
48.1. Mərkəzi Bank bu Qanunun 47-ci maddəsinə müvafiq olaraq banka aşağıdakı təshih tədbirlərini tətbiq edə bilər:
48.1.1. bank fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
48.1.2. inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması;
48.1.3. banka aidiyyəti olan şəxslərlə bank əməliyyatlarının və əqdlərin həyata keçirilməsinin dayandırılması;
48.1.4. depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması;
48.1.5. xarici bankların törəmə banklarının və ya yerli filiallarının təsisçi banklardan cəlb etdikləri vəsaitlərdən başqa, digər mənbələrdən vəsaitlərin cəlb edilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
48.1.6. digər hüquqi şəxslərin kapitalında payların alınmasının məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi;
48.1.7. yeni filialların və şöbələrin açılmasının dayandırılması və ya fəaliyyət göstərən filial və şöbələrin işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;
48.1.8. maliyyə güzəştlərinin verilməsinin dayandırılması;
48.1.9. kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;
48.1.10. kapitalın artırılmasının tələb edilməsi;
48.1.11. mənfəət hesabına kapital ehtiyatlarının yaradılmasının tələb edilməsi;
48.1.12. aktivlərin keyfiyyətindən asılı olaraq xüsusi ehtiyatların yaradılmasının və/və ya nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasının tələb edilməsi;
48.1.13. başqa şəxslərin öhdəlikləri üzrə təminatların (qarantiyaların) verilməsinin dayandırılması;
48.1.14. dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;
48.1.15. bankın fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər edilməsi;
48.1.16. bank səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsinin tələb edilməsi.
48.2. Bu Qanunun 48.1-ci maddəsində göstərilən təshih tədbirləri ayrılıqda və ya bir neçəsi eyni zamanda tətbiq edilir.
M a d d ə 49. Sanksiyalar
49.1. Mərkəzi Bank bu Qanunun 47.1-ci maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş təshih tədbirləri ilə yanaşı banka qarşı aşağıdakı sanksiyaları tətbiq edə bilər:
49.1.1. bank, habelə bank inzibatçıları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi;
49.1.2. inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi.
49.2. Mərkəzi Bank banka qarşı bu Qanunun 49.1.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanı tətbiq etdikdə, bank inzibatçılarının vəzifədən azad edilməsi bankın səlahiyyətli idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilir.
49.3. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə Mərkəzi Bank bank lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxır.
49.4. Sanksiyaların tətbiqi bankı kreditorlar, o cümlədən bankın müştəriləri qarşısında öhdəliklərini, bankın inzibatçılarını isə (tutduğu vəzifədən azad edilmiş inzibatçılar istisna olmaqla) öz xidməti vəzifələrini yerinə yetirməkdən azad etmir.
Maddə 50. Sanksiyaların tətbiq edilməsi qaydası
50.1. Banklara və bank inzibatçılarına cərimə sanksiyaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilir. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
50.2. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyalar Mərkəzi Bankın qərarı ilə tətbiq edilir.
50.3. Mərkəzi Bank bu Qanunun 49-cu maddəsində nəzərdə tutulmuş sanksiyaların tətbiqi haqqında qərar qəbul etdikdə bu qərar barəsində müvafiq banka təxirəsalınmadan bildiriş göndərməlidir.
50.4. Barəsində sanksiya tətbiq edilmiş şəxslər bu qərardan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların icrasını dayandırmır.
56.4.
VIII fəsil ÖDƏMƏ QABİLİYYƏTİNİ İTİRMİŞ BANKIN REZOLYUSİYASI
Maddə 57. Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi
57.1. Aşağıdakı əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi hallarda Mərkəzi Bank ödəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edir:
57.1.1. bankın məcmu kapitalının miqdarı Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda;
57.1.2. bu Qanunun 57-11-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda;
57.1.3. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda.
57.2. Bank bu Qanunun 47.5-ci, 48.1-ci və 49.2-ci maddələrinin tələblərini yerinə yetirmədikdə Mərkəzi Bank həmin banka müvəqqəti inzibatçı təyin etmək hüququna malikdir.
57.3. Banka müvəqqəti inzibatçı təyin edilməsi haqqında Mərkəzi Bankın qərarı bankın prudensial hesabatlarına, bankda aparılmış yoxlamanın nəticələrinə dair hesabata və ya kənar audit hesabatlarına istinad edilməklə əsaslandırılır. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyin olunma müddətinin uzadılması barədə qərarda onun haqqında məlumatlar və səlahiyyət müddəti göstərilir. Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) banka müvəqqəti inzibatçı təyin edir və həmin gündən bankın rezolyusiyası prosesinə başlayır. Mərkəzi Bank müvəqqəti inzibatçının təyin edilməsi barədə qərarı qəbul etdikdən sonra dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.
57.4. Banka müvəqqəti inzibatçı təyin edildiyi gündən:
57.4.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır;
57.4.2. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir.
57.5. Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb Mərkəzi Banka təqdim edir.
57.6. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət Mərkəzi Bank tərəfindən 3 ayadək müddətə uzadıla bilər. Bu müddətdə Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:
57.6.1. ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;
57.6.2. ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini;
57.6.3. körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını;
57.6.4. ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını;
57.6.5. ödəmə qabiliyyətini itirmiş bankın ləğvini.
57.7. Müvəqqəti inzibatçı bankın kreditorlarının bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir.
57.8. Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə Mərkəzi Bankın ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər.
Maddə 57-1. Bankın müvəqqəti inzibatçı tərəfindən idarə edilməsi
57-1.1. Müvəqqəti inzibatçı bu Qanunla bank inzibatçıları üçün müəyyən edilmiş tələblərə cavab verməlidir.
57-1.2. Ödəmə qabiliyyətini itirmiş banka aidiyyəti olan şəxslər, bankın səhmdarları, kreditorları və borcluları müvəqqəti inzibatçı təyin edilə bilməzlər. Bu kimi halların mövcudluğu müvəqqəti inzibatçı təyin olunduqdan sonra aşkar olunarsa, inzibatçının fəaliyyətinə xitam verilir.
57-1.3. Bankın idarə edilməsi ilə bağlı bütün xərclər bankın vəsaiti hesabına həyata keçirilir. Bankın idarə edilməsi üçün bankın öz vəsaiti olmadıqda, bankın idarə edilməsi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş xərclər smetası əsasında Mərkəzi Bankın vəsaiti hesabına həyata keçirilir. İdarə edilməsi üçün kifayət qədər vəsaiti olmayan bankın rezolyusiyası 3 ay müddətində başa çatdırılmalıdır.
Maddə 57-2. Müvəqqəti inzibatçının bankın idarə edilməsi ilə bağlı səlahiyyətləri
57-2.1. Banka müvəqqəti inzibatçı təyin edilməsi barədə Mərkəzi Bankın qərarı banka təqdim edildiyi gündən idarəetmə orqanları bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini müvəqqəti inzibatçıya təhvil verməli və bankın fəaliyyəti ilə bağlı zəruri olan məlumatları təqdim etməlidir.
57-2.2. Mərkəzi Bankın müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı müvəqqəti inzibatçının bankın binasına daxil olmasını, bankın aktivlərini, mühasibat kitablarını və yazılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidir.
57-2.3. Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur. Müvəqqəti inzibatçı bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərini həyata keçirməklə yanaşı, aşağıdakı tədbirləri görür:
57-2.3.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;
57-2.3.2. bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını müəyyən edir;
57-2.3.3. bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görür;
57-2.3.4. bankın adından müqavilələr və sənədlər imzalayır;
57-2.3.5. kredit müqavilələri də daxil olmaqla, bankın maraqlarına aşkar şəkildə zidd olan şərtlərlə bağlanılması nəticəsində bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş müqavilə öhdəliklərinin icrasından imtina və həmin müqavilələrin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada tədbirlər görür;
57-2.3.6. bankın maliyyə dayanıqlılığına xələl gətirdiyi halda bankın investisiya qoyuluşunu nəzərdə tutan müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər edilməsi üzrə tədbirlər görür;
57-2.3.7. aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir;
57-2.3.8. bankın fəaliyyətinin auditini və hüquqi sənədlərinin ekspertizasını təşkil edir;
57-2.3.9. bu Qanunun 57-10-cu maddəsində nəzərdə tutulmuş tədbirləri görür, bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir, banka dəymiş zərərin ödənilməsi üçün məhkəmədə iddia qaldırır;
57-2.3.10. bankda və onun yaratdığı törəmə hüquqi şəxslərdə işdən azad edilmə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, işçilər arasında vəzifə bölgüsü də daxil olmaqla, əmrlər verir;
57-2.3.11. bankın xərclərinin azaldılması istiqamətində tədbirlər görür;
57-2.3.12. Mərkəzi Bankın razılığı ilə bankın idarə edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edir;
57-2.3.13. mənfəətin bölüşdürülməsini və dividendlərin ödənilməsini dayandırır;
57-2.3.14. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb Mərkəzi Banka təqdim edir;
57-2.3.15. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının yerinə yetirilməsi üçün işlər görür;
57-2.3.16. öz fəaliyyəti və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası barədə ayda bir dəfə Mərkəzi Banka hesabat verir.
57-2.4. Bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması, itirilmiş kapitalının bərpası və likvidliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti inzibatçı, həmçinin aşağıdakı səlahiyyətləri həyata keçirir:
57-2.4.1. bankın rezolyusiyası ilə bağlı tədbirlər planının hazırlanması çərçivəsində bankın aktivlərinin və öhdəliklərinin həcmini müəyyən edir, yenilənmiş balans hesabatını hazırlayır, məcmu kapitalını yenidən qiymətləndirir və bankın kapital kəsirini müəyyən edir;
57-2.4.2. bankın kapitalının artırılması üçün:
57-2.4.2.1. nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarına məxsus olan, bankın çatışmayan kapitalı həcmində bankda saxlanılan əmanətlərini nizamnamə kapitalına daxil edir;
57-2.4.2.2. nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarının banka bilavasitə və ya dolayı olaraq verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil edir;
57-2.4.3. bankın yaratdığı törəmə hüquqi şəxslərdəki payını (onun bir hissəsini), mülkiyyətində olan daşınmaz əmlakı və digər aktivləri satır və ya girov qoyur.
Maddə 57-3. Ödəmə qabiliyyətini itirmiş bankın aktivlərinin pisləşməsinin və mümkün zərərin qarşısının alınması üzrə tədbirlər
57-3.1. Müvəqqəti inzibatçı bankın əmlakının və sənədlərinin mühafizəsi və qorunması üçün tədbirlər görməlidir. Müvəqqəti inzibatçı təyin edildiyi gündən 30 təqvim günü ərzində bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparmalı və bankın yenilənmiş balans hesabatını hazırlamalıdır.
57-3.2. Təyin oldunduğu gündən 45 təqvim günü ərzində müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan halların, o cümlədən aşağıdakı halların müəyyən edilməsi üçün bankın son 2 il ərzində bağlamış olduğu müqavilələri, sazişləri, habelə həyata keçirdiyi əməliyyatları təhlil edir:
57-3.2.1. bankın əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsini və ya istifadəyə verilməsini;
57-3.2.2. normal bazar şəraitində tətbiq edilməyən güzəştlərin kredit müqavilələri ilə müştəriyə verilməsini;
57-3.2.3. kredit və ya digər müqavilələrin bankın aktivlərinin ələ keçirilməsi məqsədi ilə bağlanmasını;
57-3.2.4. bankın bəzi kreditorlara imtiyazlar və güzəştlər verən ödənişlərlə və ya əmlakla bağlı əqdlər bağlamasını;
57-3.2.5. banka aidiyyəti olan şəxslərlə qanunvericiliyin tələblərini pozan və ya bankın əmanətçilərinin və kreditorlarının maraqlarına təhlükə yaradan müqavilələrin bağlanmasını;
57-3.2.6. bağlanmış müqavilələr əsasında əmlakı, malları və xidmətləri onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə bankın satın almasını;
57-3.2.7. kreditlərin təminatı kimi çıxış edən əmlakın dəyərinin şişirdilməsini.
57-3.3. Bu Qanunun 57-3.2-ci maddəsində nəzərdə tutulmuş müqavilələr etibarsız hesab olunur. Müvəqqəti inzibatçı qeyd olunan müqavilələr əsasında bankın əldən çıxmış aktivlərinin geri qaytarılması, habelə banka dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.
57-3.4. Müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslər məhkəməyə şikayət verə bilər.
Maddə 57-4. Müvəqqəti inzibatçının fəaliyyətinə nəzarət
57-4.1. Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyətinə nəzarəti aşağıdakı qaydada həyata keçirir:
57-4.1.1. müvəqqəti inzibatçının fəaliyyəti barədə məlumat tələb edir və hesabat alır;
57-4.1.2. müvəqqəti inzibatçıya bankın idarə edilməsi və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar tövsiyələr və yazılı şəkildə icrası məcburi göstərişlər verir;
57-4.1.3. müvəqqəti inzibatçının təyinat müddətinin uzadılması barədə qərar qəbul edir;
57-4.1.4. müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxır.
57-4.2. Müvəqqəti inzibatçının fəaliyyətinə Mərkəzi Bank tərəfindən aşağıdakı hallarda xitam verilir:
57-4.2.1. müvəqqəti inzibatçının təyinat müddəti bitdikdə;
57-4.2.2. bu Qanunun 57-4.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə;
57-4.2.3. ödəmə qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda;
57-4.2.4. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası başa çatdırıldıqda.
57-4.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası nəzərdə tutulan müddətdə başa çatdırılmadıqda və ya ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər nəticə vermədikdə, Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi və bankın lisenziyasının ləğvi barədə qərar qəbul edir.
57-4.4. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb Mərkəzi Banka təqdim edir.
Maddə 57-5. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planı
57-5.1. Müvəqqəti inzibatçının təqdim etdiyi gündən 15 təqvim günü ərzində Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planını təsdiq etməlidir. Bu müddət Mərkəzi Bank tərəfindən 15 təqvim gününədək uzadıla bilər.
57-5.2. Tədbirlər planının layihəsi müvəqqəti inzibatçı tərəfindən minimum itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər və hesablamalar aparılmaqla hazırlanır.
57-5.3. Tədbirlər planı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri və bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi əsasında müəyyən edilmiş bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərdən hər hansı biri ilə bankın ödəmə qabiliyyətinin bərpası və ya ləğvi üçün müvafiq tədbirləri özündə əks etdirməlidir.
57-5.4. Tədbirlər planına xüsusilə aşağıdakılar daxil edilir:
57-5.4.1. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya tədbiri kimi itkilər və xərclər baxımından daha sərfəli olan bu Qanunun 57.6-cı maddəsində göstərilmiş tədbirlərdən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlili (bu cür təhlilin aparılması qaydaları və metodologiyası Mərkəzi Bank tərəfindən müəyyən edilir);
57-5.4.2. bankın rezolyusiyası zamanı proses iştirakçıları, bankın əmanətçiləri və digər kreditorları ilə münasibətlərin tənzimlənməsinin üsul, qayda və şərtləri;
57-5.4.3. alıcı bankın və investorun seçilməsi üçün hərracın şərtləri;
57-5.4.4. tədbirlər planının həyata keçirilməsi üçün müddət;
57-5.4.5. bankın ləğvi zamanı satıla bilən aktivlərin qiymətləndirilmiş dəyəri.
57-5.5. Tədbirlər planı Mərkəzi Bank tərəfindən təsdiq edildikdən sonra bankın müvəqqəti idarə edilməsi və (və ya) ləğv edilməsi bu plan əsasında həyata keçirilir. Mərkəzi Bank tədbirlər planına əlavə və dəyişikliklər etmək səlahiyyətinə malikdir.
Maddə 57-6. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin alıcı banka köçürülməsi
57-6.1. Tədbirlər planına uyğun olaraq müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada alıcı banka köçürülməsini təmin etməlidir. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etmək istəyən alıcı bank sağlam bank olmalıdır. Alıcı bankın sağlam bank olmasının müəyyən edilməsi üçün alıcı bankın maliyyə vəziyyəti, idarəetmə sistemi, əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmə qabiliyyətinin olması, prudensial tələbləri yerinə yetirməsi Mərkəzi Bank tərəfindən qiymətləndirilir. Qiymətləndirmə nəticəsində Mərkəzi Bankın müsbət rəyini almış alıcı bank bu Qanunun 57-6.3-cü maddəsində nəzərdə tutulmuş hərracda iştirak edə bilər.
57-6.2. Müvəqqəti inzibatçı köçürüləcək aktiv və öhdəliklərin reyestrini tərtib edir. Aktiv və öhdəliklərin köçürülməsi zamanı müvəqqəti inzibatçı kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün kreditorlarla bərabər və vicdanla davranmalıdır.
57-6.3. Alıcı bank Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə seçilir. Hərrac nəticəsində seçilmiş alıcı bankla bağlanan müqavilədə həmin bankın ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etməsi barədə yazılı öhdəliyi əks olunmalıdır.
57-6.4. Ödəmə qabiliyyətini itirmiş bankın öhdəlikləri onların balans dəyərində alıcı bankla bağlanılan borcların ötürülməsi haqqında müqavilə əsasında köçürülür. Borcların ötürülməsi haqqında müqavilənin bağlanması üçün kreditorların razılığı, eləcə də ödəmə qabiliyyətini itirmiş bankın kreditorları ilə bağlanmış müqavilələrdə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur. Alıcı bank kreditorlara münasibətdə borclunun bütün hüquq və vəzifələrini əldə edir.
57-6.5. Ödəmə qabiliyyətini itirmiş bankın aktivləri qüvvədə olan əqdlər və qiymətli kağızlarla bağlı müqavilələr əsas götürülməklə, alıcı bankla bağlanan tələbin güzəşti və qiymətli kağızlara hüquqların ötürülməsi haqqında müqavilə əsasında köçürülür. Bu cür müqavilənin bağlanması üçün borcluların razılığı tələb olunmur. Alıcı bank ona ötürülmüş tələblər və qiymətli kağızlar üzrə hüquqlarla bağlı borclulara münasibətdə kreditorun bütün hüquq və vəzifələrini əldə edir. Müvafiq borclularla ödəmə qabiliyyətini itirmiş bank arasında bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur.
57-6.6. Bu Qanunun 57-6.4-cü və 57-6.5-ci maddələrində qeyd olunan müqavilələr bir sənəd kimi (qarışıq müqavilə) tərtib oluna bilər.
57-6.7. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin digər banka köçürülməsi barədə borcluları və kreditorları müvafiq müqavilələr bağlandığı vaxtdan 5 gün müddətində məlumatlandırmalıdır.
57-6.8. Aktiv və öhdəliklərin alıcı banka köçürülməsinin başa çatdığı gün Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir.
Maddə 57-7. Ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması
57-7.1. Müvəqqəti inzibatçı bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq ödəmə qabiliyyətini itirmiş bankı məhkəmənin qərarı ilə təsdiq edilməklə investora satır.
57-7.2. İnvestor Mərkəzi Bank tərəfindən müəyyən edilən tələblərə cavab verməlidir.
57-7.3. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planında ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasının məhkəmə qərarı ilə təsdiq edildiyi gündən başlayaraq:
57-7.3.1. müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın səhmdarları adından səhmlər barəsində sərəncam vermək hüquqlarını əldə edir;
57-7.3.2. ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, müvəqqəti inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin müəyyən edilməsi və bankın nizamnamə kapitalının müvafiq həcmdə azaldılması barədə qərar qəbul edir. Bankın kapitalı itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri 1 (bir) manata endirilir;
57-7.3.3. bankın səhmdarlarına səhmlər barədə istənilən formada sərəncam verilməsi, xüsusilə onların özgəninkiləşdirilməsi, yüklü edilməsi və ya vəkalətli idarəetməyə verilməsi qadağan olunur. Səhmlərin bu cür yüklülüyü barədə məlumat Mərkəzi Bankın müraciəti əsasında qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınır.
57-7.4. Ödəmə qabiliyyətini itirmiş bankın satış qiyməti Mərkəzi Bank tərəfindən müəyyən olunmuş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə müəyyən olunur. Hərracın nəticələri ödəmə qabiliyyətini itirmiş bankın daha az məsrəflə və itkilərlə ödəmə qabiliyyətinin bərpasına imkan verməlidir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankı hərrac yolu ilə seçilmiş investora satır.
57-7.5. Ödəmə qabiliyyətini itirmiş bankın investora satışı bankın səhmlərinin satın alınması müqaviləsi əsasında həyata keçirilir.
57-7.6. Satınalma müqaviləsi ilə aşağıdakılar təmin olunmalıdır:
57-7.6.1. ödəmə qabiliyyətini itirmiş bankın müəyyən vaxt çərçivəsində banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması barədə investorun öhdəliyi;
57-7.6.2. investorun bankın kapitallaşdırılması və (və ya) ödəmə qabiliyyətinin bərpa edilməsi, o cümlədən bank əməliyyatlarının sabitləşdirilməsi üzrə öhdəliyini icra edə bilmədiyi halda müqavilənin ləğv edilməsi şərtləri.
57-7.7. Müvəqqəti inzibatçı və investor arasında bağlanılmış səhmlərin satınalma müqaviləsi səhmlər üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınması üçün əsas sayılır.
57-7.8. Ödəmə qabiliyyətini itirmiş bankın digər sağlam banka qoşulması bankın bu Qanunun 57-7-ci maddəsində nəzərdə tutulmuş qaydada investor olan banka satışı formasında həyata keçirilir.
Maddə 57-8. Körpü bankın yaradılması və satışının həyata keçirilməsi
57-8.1. Bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq, Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə körpü bankın yaradılması barədə qərar qəbul edir.
57-8.2. Mərkəzi Bank körpü bankın təsisçisi və yeganə səhmdarı hesab olunur. Körpü bankın fəaliyyəti Mərkəzi Bank tərəfindən qəbul edilən qaydalarla tənzimlənir. Mərkəzi Bank tərəfindən digər banklar üçün müəyyən edilmiş normativlər, habelə Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata keçirilməsi aləti kimi banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi körpü banka şamil edilmir.
57-8.3. Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru Mərkəzi Bank tərəfindən müəyyən edilir.
57-8.4. Körpü bankın investora satışı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə həyata keçirilir. Körpü bankın idarəetmə orqanlarının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur.
57-8.5. Körpü bankın satışı üçün başlanğıc qiymət Mərkəzi Bankın qəbul etdiyi metodologiyaya uyğun olaraq müəyyən olunur. Körpü bankın satın alınması üçün ən yüksək qiymət təklif etmiş və körpü bankın müəyyən vaxt çərçivəsində banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəlik götürmüş investor hərracın qalibi hesab olunur.
57-8.6. Öhdəliklərin yerinə yetirilməsi zamanı Mərkəzi Bank kreditorların bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyinə uyğun olaraq, bütün kreditorlarla bərabər və vicdanla davranmalıdır.
57-8.7. Körpü bank köçürülmüş aktivlərlə bağlı bütün hüquqları (girov müqavilələri ilə bağlı hüquqlar da daxil olmaqla) əldə edir və köçürülmüş öhdəliklər üzrə ödəmə qabiliyyətini itirmiş bankın kreditorlarına münasibətdə borclunun bütün hüquq və vəzifələrini əvvəl bağlanılmış müqavilələrə əlavə və dəyişikliklər edilmədən qəbul edir.
57-8.8. Hərracın qalibi elan olunması barədə yazılı bildiriş investora təqdim edildiyi gündən 7 təqvim günü ərzində Mərkəzi Bank ilə investor arasında körpü bankın səhmlərinin satınalınmasına dair müqavilə bağlanılır. Bu müqavilə körpü bankın səhmləri üzrə hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınması üçün əsas sayılır.
57-8.9. Satınalma müqaviləsində investorun körpü bankı müqavilədə müəyyən edilən, lakin 3 aydan çox olmayan müddətdə banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəliyi əks olunmalıdır. Körpü bankın satışından əldə edilmiş vəsait ödəmə qabiliyyətini itirmiş bankın kreditorlarının tələblərinin ödənilməsinə yönəldilir.
57-8.10. Satınalma müqaviləsinin bütün şərtləri investor tərəfindən icra olunduğu halda, bank körpü bank statusunu itirir. Körpü bank statusunun itirilməsindən 3 ay sonra Mərkəzi Bank banklar üçün müəyyən edilən normativlərin yerinə yetirilməsini müəyyən etmək üçün bankda yoxlamalar aparır.
57-8.11. Körpü bank statusunun itirildiyi gündən 3 iş günü ərzində Mərkəzi Bank müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.
57-8.12. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin körpü banka köçürülməsinin tamamlandığı gün Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir.
57-8.13. Təsis olunduğu gündən 6 ay ərzində Mərkəzi Bank körpü bankın investora satışını təmin etməlidir. Bu müddət Mərkəzi Bankın qərarı ilə 3 aydan çox olmayan müddətə uzadıla bilər. Körpü bank statusu itirilənə qədər Mərkəzi Bank körpü bankın fəaliyyətinə nəzarəti həyata keçirir.
57-8.14. Körpü bank bu Qanunun 57-8.13-cü maddəsində nəzərdə tutulan müddətlərdə satıla bilmədikdə, bu məqsədlə müəyyən edilən müddətin başa çatmasından ən geci sonrakı gün Mərkəzi Bank körpü bankın bank lisenziyasının ləğvi və məcburi ləğvi üçün müvafiq tədbirlər görməlidir.
Maddə 57-9. Sistem əhəmiyyətli bankların ödəmə qabiliyyətinin bərpasında dövlətin iştirakı
57-9.1. Dövlət vəsaitləri cəlb edilməklə sistem əhəmiyyətli bank barəsində maliyyə sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər.
57-9.2. Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən olunur.
57-9.3. Ödəmə qabiliyyətini itirmiş bank Mərkəzi Bankın sistem əhəmiyyətli banka münasibətdə müəyyən etdiyi meyarlara uyğun olduqda, Mərkəzi Bank bankın maliyyə sağlamlaşdırılması ilə bağlı tədbirlər planını hazırlayır.
57-9.4. Tədbirlər planının layihəsi Mərkəzi Bank tərəfindən bankın sağlamlaşdırılması üçün ayrılacaq ən az həcmdə dövlət vəsaiti və minimum itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər aparılmaqla hazırlanır.
57-9.5. Tədbirlər planı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin inventarizasiyasının nəticələri əsasında bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş aşağıdakı metodlardan hər hansı biri ilə bankın ödəmə qabiliyyətinin bərpası tədbirlərini özündə əks etdirməlidir:
57-9.5.1. ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin azı 75 faizinin dövlətə məxsus banka Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qoşulması və ya bu cür dövlətə məxsus bank tərəfindən satın alınması;
57-9.5.2. sonradan investora satılması şərtilə ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin 50 faizdən çoxunun dövlət tərəfindən əldə edilməsi və əlavə səhm emissiyası ilə dövlət vəsaiti hesabına bankın nizamnamə kapitalının artırılması;
57-9.5.3. bankın səhmdarlarının razılığı ilə bankın idarə edilməsini dövlətin əlində saxlamaq və sonradan dövlətin iştirak payını bankın mövcud səhmdarlarına və ya bankın bütün səhmlərinin başqa bir investora satılması şərtilə bankın səhmlərinin 50 faizdən az hissəsinin dövlət tərəfindən satın alınması;
57-9.5.4. sistem əhəmiyyətli bankın rezolyusiyası məqsədi ilə bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi.
57-9.6. Tədbirlər planına xüsusilə ödəmə qabiliyyətini itirmiş bankın ödəmə qabiliyyətinin bərpası tədbiri kimi itkilər və xərclər baxımından daha sərfəli olan bu Qanunun 57-9.5-ci maddəsində göstərilmiş metodlardan hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlili daxil edilir və bankın sağlamlaşdırılması üçün tələb olunan dövlət vəsaitinin məbləği göstərilir.
57-9.7. Tədbirlər planı Mərkəzi Bank tərəfindən hazırlandıqdan sonra bankın sağlamlaşdırılması üçün tələb olunan dövlət vəsaitinin məbləği və ödənilməsi üsulları razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Tədbirlər planına müvafiq icra hakimiyyəti orqanının təklifi ilə müvafiq əlavə və (və ya) dəyişikliklər edilir. Tədbirlər planı təqdim olunduqdan sonra 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanı plana dair öz əsaslandırılmış rəyini təqdim etməlidir. Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanının rəyini aldıqdan sonra 3 gün müddətində ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın tədbirlər planını müvafiq qərar qəbul edilməsi üçün həmin rəylə birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı bankın sağlamlaşdırılması təklifinə müsbət baxdıqda, bankın maliyyə sağlamlaşdırılması haqqında qərar qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir.
57-9.8. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın dövlət tərəfindən satınalınması dövlət büdcəsi vəsaiti hesabına və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsilə həyata keçirilir. Ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu halda, bankın səhmlərinin yeni nominal dəyəri müəyyən edilərək nizamnamə kapitalı müvafiq həcmdə azaldılır. Bankın kapitalı itirildiyi halda isə bankın nizamnamə kapitalının dəyəri 1 (bir) manata endirilir və bu qiymətə satın alınır.
57-9.9. Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı bankın maliyyə sağlamlaşdırılması tədbirlərini müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi tədbirlər planı əsasında həyata keçirir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın ödəmə qabiliyyətinin bərpası ilə bağlı bu Qanunun 57-2-ci və 57-3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
57-9.10. Ödəmə qabiliyyətini itirmiş bankın ödəmə qabiliyyətinin bərpası ilə bağlı tədbirlər planının təsdiq olunduğu gündən 3 ay ərzində bu Qanunun 57-9.5.1-57-9.5.3-cü maddələrində nəzərdə tutulmuş hər hansı metodlardan biri tətbiq oluna bilmədikdə, Mərkəzi Bank bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada bankın rezolyusiyası üzrə tədbirlər görür.
Maddə 57-10. Banka vurulmuş zərərin ödənilməsi və bankın ödəmə qabiliyyətinin bərpası çərçivəsində ödənilmiş vəsaitin geri qaytarılması
57-10.1. Bu Qanunun 57-9-cu maddəsində nəzərdə tutulmuş şərtlərlə sağlamlaşdırılmış sistem əhəmiyyətli bankın dövlət vəsaiti hesabına bu Qanunun 57-9-cu maddəsində nəzərdə tutulmuş qaydada ödəmə qabiliyyətinin bərpası həyata keçirildikdə, bankın inzibatçıları və mühüm iştirak payına sahib səhmdarları banka vurulmuş zərəri müvəqqəti inzibatçının müəyyən etdiyi müddət ərzində ödəməlidirlər.
57-10.2. Bankın inzibatçılarının və mühüm iştirak payına sahib səhmdarlarının aşağıdakı qanunsuz hərəkətləri nəticəsində banka vurduqları zərər ödənilməlidir:
57-10.2.1. bankın əsas vəsaitlərinin satılması, bağışlanması, digər formada mənimsənilməsi və ya israf edilməsi;
57-10.2.2. bankın əsas vəsaitlərinin girov qoyulması və ya bankın aktivlərinin digər formada yüklü edilməsi;
57-10.2.3. açıq-aşkar ödəniş qabiliyyəti olmayan şəxslərə kredit verilməsi;
57-10.2.4. ölkə daxilində və ya xaricdə depozit hesabları açaraq, bu hesablardakı vəsaitin girov qoyularaq təminat qismində göstərilməsi;
57-10.2.5. bankın səhmdarlarına və ya inzibatçılarına bank zərərlə işlədiyi halda və ya bankın mənfəətinə qeyri-mütənasib həcmdə bonusların və dividendlərin ödənilməsi;
57-10.2.6. bu Qanunun 57-3.2-ci maddəsində nəzərdə tutulmuş bankın ödəmə qabiliyyətinin pisləşməsinə səbəb olmuş müqavilələrin bağlanılması;
57-10.2.7. başqa formada özü, banka aidiyyəti olan şəxslər və ya başqa şəxslər üçün istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə bankın əmlakının mənimsənilməsi və ya israf edilməsi.
57-10.3. Müvəqqəti inzibatçı bu Qanunun 57-10.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin banka vurduğu zərərin həcmini və geri ödəniləcək məbləği bankın ödəmə qabiliyyətinin bərpasına başlandığı tarixdən əvvəlki iki illik müddəti əhatə edən dövrdə bankda həyata keçirilmiş əməliyyatları və qəbul edilən qərarları təhlil etməklə müəyyən edir və bu barədə ayrıca akt hazırlanır.
57-10.4. Müvəqqəti inzibatçı hazırlanmış akta əsasən banka zərər vurmuş şəxslərə vurulmuş zərərin könüllü qaydada ödənilməsi barədə bildiriş göndərir və zərərin ödənilməsi müddətini müəyyən edir. Banka zərər vurmuş şəxslər müəyyən edilmiş müddətdə vurulmuş zərəri könüllü qaydada ödəmədiyi təqdirdə, müvəqqəti inzibatçı zərərin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət edir.
57-10.5. Müvəqqəti inzibatçı banka vurulmuş zərərin müəyyən edilməsi çərçivəsində bankın səhmdarlarından, inzibatçılarından, banka aidiyyəti olan şəxslərdən onların sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə etdiyi gəlirlər, bankdan aldıqları dividendlər və bonuslar barədə məlumat təqdim edilməsini tələb edə bilər. Mərkəzi Bank dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara bu şəxslərin sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə etdiyi gəlirlər üzrə məlumatların təqdim edilməsi barədə sorğu verə bilər.
57-10.6. Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa məhkəmə müvəqqəti inzibatçının müraciəti əsasında “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər. Bu cür qanuna zidd əməllər bankın səhmdarlarına mənfəət əldə etmək məqsədi ilə edildikdə, məhkəmə bu cür qanunsuz əməllərdən mənfəət götürən səhmdarlar barəsində eyni cür qərar qəbul edə bilər.
57-10.7. Bu Qanunun 57-10-cu maddəsinin müddəaları bu Qanunun 57-ci maddəsinə əsasən müvəqqəti inzibatçı tərəfindən həyata keçirilən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyasına da şamil olunur.
VIII-I FƏSİL BANKIN ÖHDƏLİKLƏRİNİN KÖNÜLLÜ RESTRUKTURİZASİYASI
Maddə 57-11. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası
57-11.1. Bankın kreditorları qarşısında olan öhdəlikləri, bankın sığortalanmış əmanətçiləri qarşısında olan öhdəlikləri istisna olmaqla, bu Qanun ilə müəyyən edilmiş qaydada könüllü restrukturizasiya edilə bilər.
57-11.2. Bank, öz öhdəliyinin (öhdəliklərinin) icrası ilə bağlı kreditorun (kreditorların) tələbini (tələblərini) pul vəsaitinin olmaması, çatışmaması və ya hər hansı əsaslarla pul vəsaitinin istifadəsinin mümkün olmaması səbəbindən icra etmək imkanında olmaması və ya icra etmək imkanında olmaması təhlükəsi yarandıqda Müşahidə Şurasının bu barədə qərarı əsasında bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlaya bilər. Müşahidə Şurasının bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qərarının surəti həmin qərar qəbul olunduğu tarixdən sonrakı birinci iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim olunmalıdır.
57-11.3. Mərkəzi Bank bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında Müşahidə Şurasının qərarını aldıqdan sonra 10 təqvim günü ərzində bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla yazılı razılaşma bağlayır. Bu müddət Mərkəzi Bankın qərarı ilə 10 təqvim günü müddətinədək uzadıla bilər.
57-11.4. Mərkəzi Bank ilə bank arasında bankın öhdəliklərinin könüllü restrukturizasiyasına dair yazılı razılaşma bağlandıqdan sonra 10 təqvim günü ərzində, bank restrukturizasiya planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə Mərkəzi Banka təqdim edir.
57-11.5. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş restrukturizasiya planının layihəsinə dair təklifləri olduqda, bu barədə banka yazılı bildiriş təqdim edir və restrukturizasiya planına əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir. Bank restrukturizasiya planına əlavə və (və ya) dəyişiklikləri etdikdən sonra, restrukturizasiya planının layihəsini təkrar yazılı surətdə Mərkəzi Banka təqdim edir. Mərkəzi Bank restrukturizasiya planının layihəsi ilə razı olduqda, bu barədə banka yazılı bildiriş göndərir.
57-11.6. Restrukturizasiya planına razılıq barədə Mərkəzi Bankın yazılı bildirişini aldıqdan sonra bank, Mərkəzi Bank tərəfindən bildirişdə müəyyən edilmiş müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı (bundan sonra - bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı) qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu Qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın Mərkəzi Bank ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər. Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.
57-11.7. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qəbul olunduğu tarixdən 7 təqvim günü ərzində bank restrukturizasiya planına daxil edilmiş öhdəliklərinin restrukturizasiyası barədə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməli və həmin məlumatlarda bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarının və restrukturizasiya planının surətlərinin məhkəmədən və ya bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir.
57-11.8. Bu Qanunun 57-11.6-cı maddəsinə müvafiq olaraq, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən bank aşağıdakı hüquqlara malikdir:
57-11.8.1. alqı-satqı, dəyişdirmə, bağışlama müqavilələrinin və ya bankın hər hansı əmlakının özgəninkiləşdirilməsi ilə bağlı olan hər hansı digər müqavilələrin icra edilməsini, bank üçün hər hansı risk, o cümlədən, kredit riski yaradan borc, kredit, qarantiya və ya hər hansı maliyyələşdirmə növlərini təqdim edən müqavilələrin bağlanmasını dayandırmaq;
57-11.8.2. bankın məhkəmə tərəfindən təsdiq edilmiş restrukturizasiya planına daxil edilən öhdəliklərinin icrasını dayandırmaq.
57-11.9. Bank restrukturizasiya planına dair razılığın alınması məqsədilə tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorların yığıncağını çağırmalıdır. Kreditorların yığıncağının keçirilməsinədək olan müddət ərzində bu Qanunun 57-11.5-ci maddəsinə əsasən razılaşdırılmış plana dəyişikliklər edilərsə, restrukturizasiya planı kreditorların yığıncağının keçirilməsinə ən azı 30 təqvim günü qalmış baxılması üçün Mərkəzi Banka təqdim edilir.
57-11.10. Mərkəzi Bank 10 təqvim günü ərzində bu Qanunun 57-11.9-cu maddəsinə əsasən təqdim edilən restrukturizasiya planına baxır və həmin plana dair qeydləri olduqda onların aradan qaldırılmasını yazılı surətdə bankdan tələb edir. Bank Mərkəzi Bankın restrukturizasiya planına dair təkliflərini nəzərə almalı və müvafiq düzəlişlər edərək həmin planı Mərkəzi Banka təqdim etməlidir. Bank Mərkəzi Bank tərəfindən təsdiq edilmiş restrukturizasiya planı barədə 5 iş günü ərzində Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməlidir və həmin məlumatlarda restruktizasiya planının surətinin bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir.
57-11.11. Tələblərinin restrukturizasiya olunması nəzərdə tutulan kreditorlar yığıncaqda şəxsən və ya öz səlahiyyətli nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir.
57-11.12. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edildikdən sonra, bank 1 iş günü ərzində restrukturizasiya planını yazılı surətdə Mərkəzi Banka təqdim edir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edilmədikdə, bank öhdəliklərinin restrukturizasiyanın bu Qanunun 57-11.11-ci maddəsində nəzərdə tutulmuş qaydada mümkün olmaması barədə Mərkəzi Banka 1 iş günü ərzində yazılı məlumat göndərir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edilmədikdə, bankın öhdəliklərinin könüllü restrukturizasiyası baş tutmamış sayılır. Restrukturizasiya planının bu Qanunun 57-11.11-ci maddəsinə müvafiq olaraq kreditorlar tərəfindən təsdiq edilməsi şərti ilə, bankın öhdəliklərinin könüllü restrukturizasiyası bankın kreditorlar qarşısında daşıdığı və restrukturizasiya planına uyğun olaraq restrukturizasiyası nəzərdə tutulan bütün öhdəliklərinə münasibətdə aparılır.
57-11.13. Restrukturizasiya planına Mərkəzi Bank tərəfindən baxıldıqdan sonra bank restrukturizasiya planının təsdiq edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir.
57-11.14. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiq edilməsi haqqında məhkəmə qərarı qüvvəyə mindiyi andan və restrukturizasiya planı qüvvədə olduğu müddət ərzində:
57-11.14.1. banka qarşı restrukturizasiya edilməsi nəzərdə tutulan öhdəliklər üzrə hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraat dayandırılmalıdır;
57-11.14.2. öhdəliklərinin restrukturizasiya edilməsi nəzərdə tutulan kreditorların banka qarşı həmin öhdəliklərdən irəli gələn tələblərinin icrası dayandırılır.
57-11.15. Bankın restrukturizasiya planı ən azı aşağıdakı məlumatları özündə əks etdirməlidir:
57-11.15.1. restrukturizasiyanın məqsədini, aparılması qaydasını və müddətini;
57-11.15.2. restrukturizasiyaya məruz qalan öhdəliklərin siyahısını;
57-11.15.3. restrukturizasiya çərçivəsində aparılması nəzərdə tutulan tədbirlərin siyahısını;
57-11.15.4. bankın fəaliyyətinə tətbiq edilməli olan məhdudiyyətləri.
57-11.16. Restrukturizasiya olunan bank hər hansı bank holdinq şirkətinə daxil olduqda, bankın restrukturizasiya planında restrukturizasiya zamanı bank holdinq şirkətinin törəmə banklarına təsir edən amillər göstərilməlidir.
57-11.17. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına aşağıdakı hallarda xitam verilir:
59-11.17.1. məhkəmə tərəfindən bu Qanunun 57-12-ci maddəsinə uyğun olaraq bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qərar qəbul edildikdə;
57-11.17.2. öhdəlikləri restrukturizasiya olunan bankın lisenziyasının ləğvi və məcburi ləğv edilməsi barədə Mərkəzi Bank tərəfindən qərar qəbul edildikdə;
57-11.17.3. bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi barədə bankın Müşahidə Şurasının qərarı olduqda.
57-11.18. Restrukturizasiya planının tam icra edilməsi ilə əlaqədar bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verildikdə bankın restrukturizasiya planına daxil edilmiş öhdəlikləri lazımi qaydada icra edilmiş hesab edilir.
57-11.19. Bank restrukturizasiya planında nəzərdə tutulmuş qaydada və müddətdə bankın öhdəliklərinin könüllü restrukturizasiyanın başa çatdırılması barədə bildirişi 3 təqvim günü ərzində və ya bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi barədə məhkəmə qərarının surətini qərar qüvvəyə mindiyi tarixdən 10 təqvim günü müddətində Mərkəzi Banka və tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlarına göndərməlidir.
57-11.20. Mərkəzi Bank bank tərəfindən restrukturizasiya planının icra edilməsinə nəzarəti həyata keçirir.
57-11.21. Restrukturizasiya planında nəzərdə tutulan hallardan başqa, bank onun öhdəliklərinin restrukturizasiyası zamanı bankın digər hüquqi şəxslərdə iştirak etməsi və ya iştirak payının artırılması barədə qərar qəbul edə bilməz.
Maddə 57-12. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi
57-12.1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qərar Mərkəzi Bankın müraciəti əsasında aşağıdakı əsaslardan biri mövcud olduqda məhkəmə tərəfindən qəbul edilir:
57-12.1.1. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarında nəzərdə tutulmuş restrukturizasiya müddəti başa çatdıqda;
57-12.1.2. restrukturizasiya planında nəzərdə tutulmuş tədbirlər tam icra edildikdə;
57-12.1.3. bankın könüllü restrukturizasiyası vaxtından əvvəl Mərkəzi Bankın qərarı ilə aşağıdakı hallarda dayandırıldıqda:
57-12.1.3.1. bankın öhdəliklərinin könüllü restrukturizasiyasının bankın maliyyə sağlamlığına və fəaliyyətinin yaxşılaşdırılması ilə nəticələnməsinə gətirib çıxarmayacağına kifayət qədər əsaslar olduqda;
57-12.1.3.2. kreditorların bu Qanunun 57-11.11-ci maddəsində nəzərdə tutulmuş qaydada razılığı olmadıqda;
57-12.1.3.3. restrukturizasiya planında nəzərdə tutulmuş tədbirlər həmin plana uyğun yerinə yetirilmədikdə;
57-12.1.3.4. bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi dövründə Mərkəzi Bankın sərəncam və ya digər yazılı göstərişləri yerinə yetirilmədikdə.
57-12.2. Restrukturizasiya planına əsasən bütün tədbirlərin həyata keçirilməsi restrukturizasiya edilmiş öhdəliklər üzrə bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixə qədər hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraata xitam verilir.
IX fəsil BANKLARIN LƏĞVİ
M a d d ə 58. Könüllü ləğv
58.1. Bankın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən bu Qanunun 17-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən bank lisenziyası ləğv edildikdə bank səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər.
58.2. Bankın könüllü ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bank bu təqdirdə Mərkəzi Banka onun tələb etdiyi zəruri sənədləri və məlumatları təqdim etməlidir və ortaya çıxan məsələləri araşdırmaq məqsədilə Mərkəzi Bankın yazılı müraciəti əsasında onun səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən mühasibat kitabları və yazıları ilə işləməsinə imkan yaratmalıdır.
58.3. Mərkəzi Bank bankın ləğvetmə komissiyasının qanunvericiliklə müəyyən edilmiş qaydada bankın ləğvini təmin etmədiyini və bank tərəfindən bu Qanunun 58.2-ci maddəsinə riayət olunmadığını müəyyən etdikdə bu Qanuna müvafiq surətdə bankın məcburi ləğvi üçün müvafiq tədbirlər həyata keçirir.
M a d d ə 59. Məcburi ləğv
59.1. Mərkəzi Bank, könüllü ləğv olunan və ya müflis elan olunmuş bank istisna olmaqla, bu Qanunun 16-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar üzrə lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir.
59.2. Məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında Mərkəzi Bankın ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmədə bankın iştirak etməməsi ərizəyə baxılmasını dayandırmır.
Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Bankın məcburi ləğvi barədə məhkəmə qərarı, onun qəbul edildiyi gündən ən geci sonrakı gün Mərkəzi Banka və Fonda göndərilir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası, hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur.
Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları bankın ləğvi prosesinə cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici cəlb edildikdən sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici cəlb edilir.
59.3. Ləğv edilən bankın məcburi ləğvi və ləğvedicinin təyin olunması haqqında məhkəmə qərarı qəbul edildiyi gündən dərhal icraya yönəldilir və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq bu qərardan şikayət verilməsi onun icrasını dayandırmır. Ləğvedici bankın ləğvi prosesinin başlanması və ləğvedicinin təyin olunması haqqında məlumatı dərhal mediada dərc etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir.
59.4. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarından bankın səhmdarları və ya bankın Müşahidə Şurası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayət ərizəsinin surəti Mərkəzi Banka göndərilir.
Bankın məcburi ləğvinə dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır və ləğvedicinin ləğvetmə tədbirlərini həyata keçirmək səlahiyyətlərini dayandırmır.
59.5. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan:
59.5.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir (banka müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı qəbul edildiyi andan Mərkəzi Bank tərəfindən xitam verilir);
59.5.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur;
58.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.
59.6. Ləğvedicinin təyin edildiyi tarixdən bankın idarəetmə orqanları (müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçı) bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini təhvil-təslim aktı ilə ləğvediciyə təhvil verməlidir. Banka təyin edilmiş ləğvedici başqası ilə əvəz edildiyi hallarda, eyni qaydada təhvil-təslim işləri həyata keçirilməlidir. Təhvil-təslim aktı bankın məcburi ləğvi barədə qərar çıxarmış məhkəmənin qərarı ilə təsdiq edilir. Ləğvedicinin qəbul etdiyi qərarlar və göstərişlər məcburi ləğv edilən bankın işçiləri üçün məcburi xarakter daşıyır.
59.7. Bankın ləğvi ilə bağlı bütün xərclər bankın aktivləri hesabına ödənilir. Ləğvedicinin (ləğvedicilərin) əmək haqqı Mərkəzi Bankın təklifi ilə məhkəmə tərəfindən təyin edilir. Bu xərclər növbədənkənar qaydada ödənilir.
59.8. Bankın məcburi ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Məcburi ləğv olunan bankın aralıq ləğvetmə balansı, ləğvetmə tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi barədə hesabat, habelə ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq olunur. Müvafiq hesabatların təqdim edilməsi müddətləri məhkəmə tərəfindən müəyyən olunur.
59.9. Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya bir neçə əməliyyatı həyata keçirə bilər.
59.10. Bankın məcburi ləğvi dövründə ləğvedici öz fəaliyyəti haqqında Mərkəzi Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Mərkəzi Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.
59.11. Ləğvedici məcburi ləğv tədbirlərini həyata keçirərkən bu Qanunun 61-ci maddəsində göstərilmiş əsaslardan hər hansı birinin mövcudluğunu aşkar etdikdə bank barəsində iflas proseduruna başlanmasına dair əsaslandırılmış vəsatətlə Mərkəzi Banka müraciət edir.
X fəsil BANKLARIN İFLASI
M a d d ə 60. Bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi
60.1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur.
60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.
M a d d ə 61. İflas proseduruna başlanılması üçün əsaslar
61.1. Bank barəsində iflas proseduruna aşağıdakı əsaslardan biri və ya bir neçəsi üzrə başlanıla bilər:
61.1.1. bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir;
61.1.2. bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla Mərkəzi Bank arasında yazılı razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla) öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir deyildir;
61.1.3. bank (bu Qanunun 57-11-ci maddəsinə əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla Mərkəzi Bank arasında yazılı razılaşma bağlandığı andan restrukturizasiyasının aparıldığı müddət istisna olmaqla) vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir deyildir.
M a d d ə 62. İflas proseduruna başlanılmasına dair ərizə
62.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəyə məhkəmə aşağıdakı hallarda baxır:
62.1.1. ərizə bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və bankın bu Qanunun 61-ci maddəsində göstərilən əsasların mövcudluğunu təsdiqləyən maliyyə hesabatı ilə birlikdə Mərkəzi Bank tərəfindən verildikdə;
62.1.2. ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq kreditorlar tərəfindən verildikdə.
62.2. Bank bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya bir neçə kreditor Mərkəzi Banka vəsatətlə müraciət edə bilər. Mərkəzi Bank vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir. Mərkəzi Bank məhkəməyə ərizəni bu barədə qərarı qəbul etdikdən sonra 3 təqvim günü ərzində verir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı müəyyən edilməmişdirsə, Mərkəzi Bank kreditorlara əsaslandırılmış imtina göndərir. Kreditorların ərizəsinin Mərkəzi Bank tərəfindən rədd edilməsi onlar tərəfindən məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.
62.3. Ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra dərhal moratorium qüvvəyə minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditorborcunun qaytarılmasını və ya borcu müqabilində bankın əmlakını ona verilməsini və ya hər hansı girov (ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.
M a d d ə 63. Müvəqqəti inzibatçının təyin edilməsi
63.1. Bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, bank barəsində iflas proseduruna başlanılmasına dair vəsatəti Mərkəzi Banka verildikdən sonra Mərkəzi Bank bu Qanunun 57-ci maddəsinə müvafiq surətdə banka müvəqqəti inzibatçı təyin edir. Müvəqqəti inzibatçı bu Qanunun 57-2-ci maddəsinə uyğun olaraq bankın idarəçiliyini dərhal üzərinə götürür.
M a d d ə 64. Məhkəmə baxışı
64.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul etdikdən sonra məhkəmə Mərkəzi Bank, bütün digər ərizəçiləri və bankın özünü, Mərkəzi Bank tərəfindən ərizə verildikdə isə həmçinin bankın müvəqqəti inzibatçısını ərizəyə baxılması üzrə qapalı iclasda iştiraka dəvət edir. Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalıdır.
64.2. Məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.
M a d d ə 65. Ərizənin rədd edilməsi üçün əsaslar
65.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni məhkəmə aşağıdakı hallarda rədd edir:
65.1.1. ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;
65.1.2. bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Bank ərizəyə etiraz etdikdə;
65.1.3. ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya digər sübut saxta və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz, yaxud digər sənədlərsiz ərizə bu Qanunun tələblərinə cavab vermədikdə;
65.1.4. kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;
65.1.5. bu Qanunun 61.1-ci maddəsində göstərilmiş əsasların aradan qalxması üçün kifayət edən məbləğdə kapitalın bərpasına dair məhkəməni və Mərkəzi Bank təmin edən sübutlar təqdim edildikdə.
65.2. Bankın müflis elan edilməsi barədə ərizə bankın kreditorları tərəfindən verilmişdirsə, Mərkəzi Bank ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə bilər:
65.2.1. Mərkəzi Bank tərəfindən bankın iflasına başlamaq üçün əsasların olmadığı müəyyən olunduqda. Məhkəmə Mərkəzi Bankdan onun rəyini təsdiqləyən sübutların, o cümlədən Mərkəzi Bank tərəfindən təsdiq olunmuş bankın maliyyə hesabatını tələb edə bilər;
65.2.2. bu Qanunun 57-9.7-ci maddəsinə uyğun olaraq maliyyə sağlamlaşdırılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarmı məhkəməyə təqdim etdikdə.
M a d d ə 66. Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin rədd edilməsi
66.1. Bankın kreditorları bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verdikdə məhkəmə istənilən vaxt həmin ərizəni bu Qanunun 65.1.4-cü maddəsində göstərilən əsaslara istinadla dinləmələr keçirməklə və ya keçirmədən yazılı şəkildə rədd edə bilər. Ərizə rədd edildikdə məhkəmə ərizəçilərin üzərinə ərizənin verilməsi nəticəsində bankın və/və ya Mərkəzi Bankın çəkdiyi xərcləri və zərəri ödəmək vəzifəsini qoyur.
66.2. Bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verilməsində təqsirli sayılmış şəxs Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
M a d d ə 67. Müflis elan olunmayan bankın məcburi ləğvi
Bank barəsində iflas proseduruna başlanılmasına dair Mərkəzi Bank tərəfindən verilmiş ərizə məhkəmə tərəfindən bu Qanunun 65.1.3-65.1.5-ci maddələrində göstərilən əsaslardan başqa, digər əsaslar üzrə rədd edildikdə, bankın bu Qanunun 59-cu maddəsinə uyğun olaraq məhkəmə qaydasında məcburi ləğvi həya-ta keçirilir.
Maddə 68. Bankın müflis elan olunmasına dair qərar
Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.
M a d d ə 69. Bankın müflis elan olunmasına dair qərarın təqdim edilməsi və dərc olunması
Məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə mediada 7 təqvim günü ara verilməklə üç dəfə məlumat dərc etdirir.
M a d d ə 70. Şikayət verilməsi
70.1. Bankın səhmdarları və ya Müşahidə Şurası, habelə Mərkəzi Bank bankın müflis elan olunmasına dair məhkəmənin qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır.
70.2. Bank tərəfindən məhkəmənin qərarından şikayət verilməsi ləğvedicinin bankın iflası prosedurunun həyata keçirilməsi çərçivəsində öz səlahiyyətlərinin icrası üzrə hərəkətlərini dayandırmır.
70.3. Mərkəzi Bankın məhkəmə qərarından şikayət verməsi bankın aktivlərinin satışı və köçürülməsi üzrə ləğvedicinin hərəkətlərini məhkəmədə mübahisəyə baxılanadək dayandırır.
Maddə 71. Ləğvedici KMQ1
71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir.
71.2. Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə) tərəfindən ödənilir.
71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.
71.4. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktmı məhkəmə təsdiq edir.
Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər.
Ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.
71.5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər.
71.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən ləğv prosesində olan bankın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilənədək ləğvedici bank statistikası hesabatlarını Mərkəzi Banka təqdim etməlidir.
71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir:
71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir;
71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir;
71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür;
71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür;
71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür;
71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir;
71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür;
71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir;
71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir;
71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır.
71.8.
Maddə 71-1. Mərkəzi Bank tərəfindən ləğvedicinin fəaliyyəti üzərində nəzarət
71-1.1. Mərkəzi Bank ləğvedici üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.
71-1.2. Mərkəzi Bank:
71-1.2.1. ləğvedicinin fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;
71-1.2.2. ləğvedicidən hesabat almağa;
71-1.2.3. ləğvedicinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verməyə;
71-1.2.4. ləğvedicinin fəaliyyətini yoxlamağa;
71-1.2.5. ləğvedicinin bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir.
71-1.3. Bankın iflası dövründə ləğvedici öz fəaliyyəti haqqında Mərkəzi Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Mərkəzi Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.
Maddə 72. Bankın müflis elan olunmasının nəticələri
72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:
72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;
72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;
72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;
72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.
72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.
M a d d ə 73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi
73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq:
73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun;
73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.
73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.
M a d d ə 74. Bankın səhmlərinin, aktivlərinin, öhdəliklərinin köçürülməsi və satılması
74.1. Maliyyə bazarlarının sabitliyinin təmin edilməsi və bankın dəyərinin onun kreditorları üçün artırılması məqsədilə Mərkəzi Bankın müraciətinə əsasən məhkəmə qərar qəbul edə bilər ki, bankın ləğvedicisi aşağıdakıları təmin etmək üçün Mərkəzi Bankın təklif etdiyi və məhkəmənin təsdiq etdiyi şərtlər əsasında bir və ya bir neçə əməliyyat aparsın:
74.1.1. bankın nizamnamə kapitalının hamısının və ya bir hissəsinin köçürülməsi və /və ya;
74.1.2. bankın aktivlərinin və öhdəliklərinin hamısının və ya bir hissəsinin birlikdə köçürülməsi və ya satılması.
74.2. Bu Qanunun 74.1-ci maddəsinə uyğun əməliyyatın aparılması üçün, bank müflis elan edildikdən sonra onun ləğv edildiyi anadək istənilən vaxt müraciət edilə və ona icazə verilə bilər. Bu barədə məhkəməyə təqdim olunmuş ərizəyə bir həftə ərzində baxılır və müvafiq qərar qəbul olunur.
74.3. Bu Qanunun 74.1-ci maddəsinə uyğun icazə verilmiş əməliyyatın aparılması üçün bankın səhmdarlarının və ya onun hər hansı idarəetmə orqanının razılığı tələb edilmir. Öhdəliklərin köçürülməsi müvafiq bildirişin mediada dərc edildiyi gündən sonrakı günün əvvəlindən bütün maraqlı tərəflər üçün qüvvəyə minir.
74.4. Bankın iflas proseduru çərçivəsində adi qaydada bank aktivlərinin satılmasına məhkəmənin qərarı tələb olunmur.
M a d d ə 75. Əmlakın vəziyyətinə dair hesabat
75.1. Bankın müflis elan olunmasına dair məhkəmənin qərar qəbul edildiyi tarixdən 30 təqvim günü müddətində bankın ləğvedicisi məhkəməyə əmlakın vəziyyətinə dair hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:
75.1.1. bankın aktivləri, o cümlədən ödənilməmiş bank səhmləri barəsində bankın tələbləri, verilmiş kreditlər, o cümlədən qarantiyalar və təminatlar üzrə öhdəliklər, icra olunmamış alqı-satqı müqavilələri, habelə aktivlərin balans dəyəri və qiymətləndirilən satış (bazar) dəyəri;
75.1.2. bankın əmlakının başqa şəxslərin sahibliyində olmasına əsas vermiş müqavilələr, o cümlədən icarə, lizinq və girov (ipoteka) haqqında müqavilələr;
* (75.1.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
75.1.3. banka xidmətlər göstərilməsi haqqında müqavilələr;
75.1.4. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi gündən əvvəlki 90 təqvim günü ərzində, aidiyyətli şəxslərlə isə 1 il ərzində bankın bağladığı əqdlər;
75.1.5. bankın inzibatçıları tərəfindən bankın qəsdən müflisləşmə vəziyyətinin yaradılması, əmlakın və ya əmlak öhdəliklərinin, habelə onlar haqqında məlumatın gizlədilməsi, məhv edilməsi və digər qanunsuz hərəkətlər barədə aşkar etdiyi faktlar haqqında məlumat.
75.2. Hesabat hər rüb tərtib edilməlidir. Ümumi xarakter daşıyan məlumatlar bu Qanunun 77-ci maddəsinə uyğun hazırlanan təsdiqli tələblər siyahısına tələbləri daxil edilmiş bank kreditorlarına tanışlıq üçün təqdim edilir.
Maddə 76. Tələblərin qeydə alınması
76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir.
76.2. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
76.2.1. kreditorun adı və ünvanı;
76.2.2. tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
76.2.3. tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
76.3. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımım dayandırır. Bütün qalan tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır. Bütün tələblər üçün iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır.
M a d d ə 77. Tələblərin qəbulu
77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.
77.2. Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir.
77.3. Tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur.
77.4. Məbləği müəyyənləşdirilməmiş tələblər ləğvedicinin qiymətləndirdiyi dəyər üzrə qəbul edilə bilər.
77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir.
77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.
77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.
77.8. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.
77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır.
77.10. Bank sirrinin qorunması məqsədilə göstərilən siyahılar tanışlıq üçün kreditorlara təqdim olunmur.
M a d d ə 78. Əvəzləşdirmə və saldo çıxarma
78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.
78.2. İflas prosedurana başlanılmasına dair məhkəmə qərarı qüvvəyə minənədək qanunsuz yolla bankın qəbul etmiş olduğu borclar ləğvedici tərəfindən aşkara çıxarıldıqda onların və qərar qəbul edildikdən sonra bankın əldə etmiş olduğu tələblərin və yaratdığı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.
M a d d ə 79. Cari müqavilələrin qüvvəsinə xitam verilməsi
79.1. Müflis bankın mallar göndərilməsinə və ya xidmətlər göstərilməsinə dair bütün cari müqavilələrin, o cümlədən satış, icarə və lizinq, möhlətlə satınalma müqavilələrinin qüvvəsinə ləğvedici istənilən vaxt birtərəfli qaydada xitam verə bilər. Bu zaman bankın kreditoru müqavilənin pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi haqqında bankın müflis olunmasına dair qərar çıxarmış məhkəməyə iddia verə bilər.
* (79.1-ci maddəsinin birinci cümləsinə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
79.2. Ləğvedici istənilən vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.
M a d d ə 80. Mübahisələrin danışıqlar yolu ilə həlli
Məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.
M a d d ə 81. Girovla təmin edilmiş tələblər
81.1. Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: KMQ2
81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir;
81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.
81.1-1. Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.
81.2. Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.
81.3. Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir. KMQ2
81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir.
M a d d ə 82. Ödənişlərin növbəliyi
82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:
82.1.1.
82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər;
82.1.8. təminatsız kreditorların tələbləri.
82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.
M a d d ə 83. Ləğv planı
83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən geci 120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq olunması üçün məhkəməyə müraciət edir:
83.1.1. bankın aktivlərini və passivlərini onların ehtimal edilən ləğv dəyəri ilə göstərən cari maliyyə hesabatı, cari tarixdən sonrakı üç ay üçün bankın ehtimal edilən maliyyə hesabatı. Balansın passivində kreditorlardan qəbul edilmiş tələblər, o cümlədən etiraz edilmiş tələblər göstərilir;
83.1.2. bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar;
83.1.3. bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında və satış planları haqqında hesabat;
83.1.4. bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabat, o cümlədən qanunsuz sazişlərin və köçürmələrin, habelə bu cür sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər;
83.1.5. bankın inzibatçılarının qanunsuz hərəkətləri və bankın xeyrinə kompensasiya alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat;
83.1.6. sığorta, şəxsi muzd müqavilələri və banka xidmət müqavilələri kimi cari kontraktların qüvvəsinin davam etdirilməsi və ya qüvvəsinə xitam verilməsi haqqında hesabat, o cümlədən bank işçilərinin maliyyə təminatının müfəssəl təhlili;
83.1.7. bankın öhdəlikləri haqqında hesabat və növbəti rüb ərzində bankın kreditorlarına nəzərdə tutulan ödənişlərin cədvəli;
83.1.8. ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat.
83.2. Ləğv planı hər rüb təzələnir. Məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğv planı bank sirri məlumatları istisna olmaqla, tanışlıq üçün tələbləri bu Qanunun 77-ci maddəsinə uyğun hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim edilir.
M a d d ə 84. Müflis bankların maliyyə sağlamlaşdırılması
Bu Qanunun 57-9-cu maddəsi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müflis bank tamamilə və ya qismən maliyyə sağlamlaşdırılması proseduruna cəlb oluna bilməz.
M a d d ə 85. Kreditorlar ilə barışıq sazişinin yolverilməzliyi
Bank və kreditorlar arasında bankın fəaliyyətinin bərpasına yönəldilən ban-şıq sazişlərinin və ya başqa razılaşmaların bağlanmasına yol verilmir.
M a d d ə 86. Kreditorların ümumi yığıncağı və komitəsi
86.1. Kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər ki, ləğvedicinin Mərkəzi Bank tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.
86.2. Müflis bankın ləğvi məsələləri üzrə kreditorlar komitəsi yalnız o halda yaradıla bilər ki, ləğvedicinin Mərkəzi Bank tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə komitənin yaradılmasını kreditor qruplarının mühüm mənafelərinin təmsil və müdafiə edilməsi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.
86.3. Kreditorların ümumi yığıncağının keçirilməsinə və ya kreditorlar komitəsinin yaradılmasına icazə verən məhkəmə qərarlarında yığıncağın və ya komitənin vəzifələri və səlahiyyət dairəsi müəyyənləşdirilir.
M a d d ə 87. Tələblərin ödənilməsi
87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləş-dirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüºdürülür.
87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir.
87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz.
87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici mediada bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.
M a d d ə 88. Xarici bankın yerli filialı barəsində iflas proseduru
88.1. Xarici bankın yerli filialı barəsində iflas proseduruna aşağıdakı hallardan hər hansı biri olduqda başlanıla bilər:
88.1.1. bu Qanunun 61-ci maddəsində göstərilmiş əsaslardan hər hansı biri müəyyən edildikdə;
88.1.2. xarici bankın yerləşdiyi ölkədə onun barəsində iflas proseduruna başlanıldıqda. Bu zaman iflas proseduruna Mərkəzi Bankın ərizəsi üzrə başlanır.
88.2. Bu fəslin müddəalarının məqsədləri üçün xarici bankın hər hansı yerli filialı Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağlı olan aktivləri və passivləri də daxil olmaqla xarici bankın törəmə bankı kimi qəbul edilir, o şərtlə ki, bundan asılı olmayaraq xarici bank yerli filialının öhdəlikləri üçün tam məsuliyyət daşıyır.
88.3. Xarici bankın yerli filialı barəsində iflas proseduruna başlanılmasına dair məhkəmə qərarının təqdim edildiyi andan xarici bankın yerli filialının Azərbaycan Respublikasında göstərdiyi bütün fəaliyyət növlərinə xitam verilir. Bu zaman filiala təyin edilmiş ləğvedicinin qabaqcadan yazılı icazəsi ilə göstərilən fəaliyyət növləri istisna təşkil edir.
88.4. Müflis elan olunmuş xarici bankın yerli filialı barəsində bu Qanunun 78-ci maddəsi yalnız xarici bankın Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağlı olan öhdəliklərin əvəzləşdirilməsi və saldosunun çıxarılması hallarında tətbiq edilir.
88.5. Azərbaycan Respublikasında filialı olan xarici bankın iflası haqqında işə başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın Azərbaycan Respublikası ərazisində bank fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.
88.6. Xarici bankın yerli filialı barəsində Azərbaycan Respublikasında başlanılmış iflas proseduru filialın kreditorlarının öz tələblərinin ödənilməsi məqsədilə həmin tələblərin bankın xaricdəki aktivlərinə yönəltmək hüququnu məhdudlaşdırmır.
Maddə 89. Birdən çox ölkədə filial şəbəkəsi olan bankların ödəniş qabiliyyətinin olmaması
89.1. Birdən çox ölkədə filial şəbəkəsi ilə fəaliyyət göstərən müflis olmuş bankın aktivlərindən yerli və xarici kreditorların bərabər istifadəsini təmin etmək üçün:
89.1.1. yerli müflis bankın başqa ölkədə filialları və nümayəndəlikləri olduqda, Mərkəzi Bank həmin ölkənin bank tənzimlənməsi və nəzarəti orqanları ilə mümkün olduğu qədər əməkdaşlıq edir;
89.1.2. yerli müflis bankın kreditoru öz tələblərini başqa ölkədə bankın filialından qismən almışdırsa, kreditorun tələbləri üzrə ödənilməmiş qalıq müflis elan olunmuş banka təqdim edilə bilər;
89.1.3. məhkəmə bankın müflis elan olunmasına dair xaricdə qəbul edilmiş qərarı və xarici bankların aktivlərinin qorunması və maliyyə sağlamlaşdırılması üçün xaricdə görülmüş tədbirlərin onların Azərbaycan Respublikasındakı filiallarına nə dərəcədə aid olmasını müəyyən edir;
89.1.4. xarici bank yerləşdiyi ölkədə ləğv prosesində olduqda, Mərkəzi Bank xarici bankın yerli filialının Azərbaycan Respublikası ərazisində olan kreditorlarının mənafelərinə uyğunluğu baxımından aktivlərin köçürülməsini və ya verilməsini məqbul sayarsa, həmin aktivlərin xarici ölkədəki ləğvediciyə köçürülməsinə və ya verilməsinə dair qərar çıxarılması üçün məhkəməyə müraciət edir.
M a d d ə 90. Müflisləşmə ilə əlaqədar Mərkəzi Bankın məhkəmə prosesində iştirakı
Bankın müflis elan olunması və ya müflis elan olunmuş bankla əlaqədar işə baxarkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq həmin məsələyə dair Mərkəzi Bankın rəyini alır.
M a d d ə 91. İflas prosedurunun başa çatması
91.1. Ləğvedici bankın ləğvini başa çatdırdıqdan və müvafiq hesabatı məhkəməyə təqdim etdikdən sonra o, məhkəmənin qərarı ilə öz vəzifələrindən azad edilir. Həmin qərarda məhkəmə bankın mühasibat və digər sənədlərinin qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə təhvil verilməsi barədə göstəriş verir.
91.2. Bankın aktivlərinin satışından əldə edilən vəsait bankın kreditorlarına ödənildikdə və ya bu Qanunun 87.4-cü maddəsinə müvafiq surətdə Mərkəzi Bankda depozitə qoyulduqda bank barəsində iflas proseduru məhkəmənin qərarı ilə başa çatmış hesab edilir.
91.3. Bank barəsində iflas prosedurunun başa çatmasına dair məhkəmənin qərarı məhkəmə tərəfindən Mərkəzi Banka və dövlət qeydiyyatı orqanına göndərilir, habelə mediada dərc edilir. Ləğv olunmuş bank hüquqi şəxslərin dövlət qeydiyyat reyestrindən çıxarılır.
XI fəsil KEÇİD VƏ YEKUN MÜDDƏALAR
M a d d ə 92. Məhkəmə iddiasından müdafiə
Mərkəzi Bank, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər vəzifəli şəxsləri, habelə bu Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla müəyyən edilmiş tənzimləmə, nəzarət və ləğvetmə funksiya-larım və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.
M a d d ə 93. Keçid müddəalar
93.1. Bu Qanun qüvvəyə mindiyi tarixdən bir il ərzində fəaliyyətdə olan banklar aşağıdakı tələblərin yerinə yetirməsini təmin etməlidirlər:
93.1.1.məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğun olaraq səhmdar cəmiyyəti formasında yenidən təşkil edilməlidir;
93.1.2.bankların digər hüquqi şəxslərdə bu Qanunun 33-cü maddəsi ilə qadağan edilmiş fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir.
93.2. Bu Qanunun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatından keçmiş xarici bankların yerli nümayəndəlikləri bir il ərzində Mərkəzi Bankda aparılan mərkəzi reyestrdə qeydə alınmalı və bu Qanunun V fəslinə uyğun olaraq hesabat sənədlərini Mərkəzi Banka təqdim etməlidirlər.
M a d d ə 94. Yekun müddəalar
94.1. Bu Qanunda birbaşa göstərilən hallarla yanaşı, Qanunun IV, VI, VIII, VIII-I, IX, X fəsilləri də eynilə xarici bankların yerli filiallarına şamil edilir.
94.1-1. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayış əsasında müəyyən edilir.
94.2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
94.3. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar 1996-cı il 14 iyun tarixli "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu və 1995-ci il 19 yanvar tarixli "Bank sirrinin qorunması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2004-cü il
№ 590-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 4 mart 2005-ci il tarixli 853-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 276)
2. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
3. 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 562)
4. 19 oktyabr 2007-ci il tarixli 452-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1070)
5. 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)
6. 26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404)
7. 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)
8. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)
9. 30 sentyabr 2010-cu il tarixli 1081-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2010-cu il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, №10, maddə 839)
10. 17 may 2011-ci il tarixli 119-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 590)
11. 21 iyun 2013-cü il tarixli 698-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 790)
12. 20 iyun 2014-cü il tarixli 994-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 772)
13. 28 oktyabr 2014-cü il tarixli 1097-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1517)
14. 06 oktyabr 2015-ci il tarixli 1355-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1262)
15. 4 mart 2016-cı il tarixli 140-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 mart 2016-cı il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 406)
16. 6 may 2016-cı il tarixli 228-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2016-cı il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 975)
17. 7 aprel 2017-ci il tarixli 569-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2017-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 521)
18. 20 oktyabr 2017-ci il tarixli 803-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 noyabr 2017-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1956)
19. 17 noyabr 2017-ci il tarixli 864-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2227)
20. 29 dekabr 2017-ci il tarixli 970-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 33)
21. 3 aprel 2018-ci il tarixli 1050-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 may 2018-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 842)
22. 31 may 2018-ci il tarixli 1159-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul 2018-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1389)
23. 30 oktyabr 2018-ci il tarixli 1296-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2466)
24. 28 dekabr 2018-ci il tarixli 1415-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 32)
25. 28 dekabr 2018-ci il tarixli 1444-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2019-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 50)
26. 9 aprel 2019-cu il tarixli 1563-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 599)
27. 30 may 2019-cu il tarixli 1596-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 999)
28. 13 iyun 2019-cu il tarixli 1611-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 avqust 2019-cu il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1185)
29. 27 iyun 2019-cu il tarixli 1622-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1365)
30. 24 aprel 2020-ci il tarixli 62-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 may 2020-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 515)
31. 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 8)
32. 29 oktyabr 2021-ci il tarixli 393-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2021-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1206)
33. 29 oktyabr 2021-ci il tarixli 391-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2021-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1298)
34. 2 dekabr 2022-ci il tarixli 671-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1379)
35. 20 dekabr 2022-ci il tarixli 706-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 159)
36. 23 dekabr 2022-ci il tarixli 754-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1399)
37. 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 41)
38. 24 fevral 2023-cü il tarixli 823-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 1 aprel 2023-cü il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 334)
39. 17 fevral 2023-cü il tarixli 818-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 456)
40. 4 aprel 2023-cü il tarixli 854-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 may 2023-cü il, “Azərbaycan” qəzeti, 17 may 2023-cü il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 621)
41. 6 iyul 2023-cü il tarixli 935-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 1 avqust 2023-cü il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 913)
42. 5 dekabr 2023-cü il tarixli 1037-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2023-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1612)
43. 5 dekabr 2023-cü il tarixli 1048-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 26 dekabr 2023-cü il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1621)
44. 26 dekabr 2023-cü il tarixli 1080-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2024-cü il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 138)
45. 29 noyabr 2024-cü il tarixli 77-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 8 yanvar 2025-ci il, № 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 1)
46. 18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 9 aprel 2025-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 318)
47. 11 aprel 2025-ci il tarixli 175-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2025-ci il, “Azərbaycan” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 432)
48. 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2026-cı il, “Azərbaycan” qəzeti, 24 fevral 2026-cı il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 111)
49. 26 may 2026-cı il tarixli 413-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 26 iyun 2026-cı il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 6, maddə 488) (Bu Qanun “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.)
50. 3 noyabr 2026-cı il tarixli 509-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 noyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 24 noyabr 2026-cı il, № 216)
Konstitusiya Məhkəməsinin Qərarları
KMQ1 1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.
Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilsin.
2. Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası Mərkəzi Bankının funksionallığına xələl gətirməməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 may 2022-ci il tarixli Qərarı – “Respublika” qəzeti 3 iyun 2022-ci il, № 115)
KMQ2 “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyul 2023-cü il tarixli Qərarı – “Respublika” qəzeti 27 iyul 2023-cü il, № 156)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
Mənbə: Ədliyyə Nazirliyinin Hüquqi Aktların Vahid Elektron Bazası. Siyahını Operativ Məlumat Mərkəzi redaksiyası hazırlayır. e-qanun.az ↗