Əsas məzmuna keç

Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb

Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb

“ Platforms”un baş icraçı direktoru 2023-cü ilin dördüncü rübündə təxminən 428 milyon ABŞ dolları dəyərində şirkətin səhmlərini satıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd olunub ki, bu, onun iki il ərzində ilk satışıdır. Bu, şirkətin səhmlərinin qiymətinin son 7 ildə ən aşağı səviyyəyə enməsi fonunda baş verib. Bazar tənzimləyicisinin hesabatına görə, Zukerberq noyabrın 1-dən ilin sonuna qədər olan dövrdə hər ticarət günü səhm satıb. Bu dövr ərzində “Meta Platforms”un təxminən 1,28 milyon səhmi satılıb.

M.Zukerberq orta hesabla hər satışdan 10,4 milyon ABŞ dolları gəlir əldə edib. Ən yüksək gəliri (17,1 milyon ABŞ dolları məbləğində) isə rəhbəri dekabrın 28-də əldə edib.

Bütövlükdə, M.Zukerberq "Meta"nın təxminən 13% səhmlərinə sahibdir. Onun sərvəti təxminən 125 milyard ABŞ dolları dəyərindədir, bu isə, M.Zukerberqi dünyanın yeddinci ən zəngin adamı edir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…