"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze "Yuventus"a keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri artıq hollandiyalının meneceri ilə danışıqlara başlayıb.
Coşua Zirkze bu ilin iyul ayında Bolonyadan 42,5 milyon avroya "Mançester Yunayted"ə keçib.
Forvard mankunianlıların heyətində bütün yarışlarda 18 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
"Transfermarkt" mütəxəssisləri futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.