Operativ Məlumat Mərkəzi

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

1 dəq
Paylaş:
"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı
"Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-cu dəqiqədə...

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-cu dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51 və 53 dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər