Əsas məzmuna keç

“Zirə” “Şamaxı” ilə oyunda qələbəni əldən verib

“Zirə” “Şamaxı” ilə oyunda qələbəni əldən verib

Misli Premyer Liqasında dramatik heç-heçə: Leroy Mikels və Edqar Ədilxanovun qolları, qırmızı vərəqə və qaçırılan penalti. XXVI turun gərgin matçının detalları.

en ru

Futbol üzrə Misli Premyer Liqasında turun daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “” öz meydanında “” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Matçın ilk hissəsində hesab açılmayıb. Qonaqlar 59-cu dəqiqədə azlıqda qalıblar. Dieqo Balau birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 66-cı dəqiqədə “Zirə”nin müdafiəçisi Ruan Renato təyin olunan penaltidən yararlana bilməyib. Buna baxmayaraq, meydan sahibləri cəmi 3 dəqiqə sonra hesabı açıblar. Mikels fərqlənib. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Edqar Ədilxanov qoyub.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 31 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, XXVI turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "" "Karvan-Yevlax" 7:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Turan Tovuz” oyununda isə heç-heçə qeydə alınıb – 1:1. Tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” matçı ilə yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…