“Zenit” əsas oyunçularını Bakıya gətirməyəcək

“Zenit” əsas oyunçularını Bakıya gətirməyəcək
15.11.2023 20:20
Aa
dəq

Rusiyanın “Zenit” klubu "Neftçi" ilə yoldaşlıq oyununa gənclərdən ibarət heyətlə gələcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi əsas heyət üzvlərini Bakıya gətirməyəcək.

Zədəsini yenicə sağaldan kolumbiyalı hücumçu Mateo Kassierra bərpa prosesi keçir. İvan Sergeyev və Andrey Mostov Rusiya millisinin, Nurali Alip Qazaxıstan, Straxinya Erakovic isə Serbiya yığmasının düşərgəsinə yollanıblar. Robert Renan Braziliyanın gənclərdən ibarət millisinə dəvət alıb. Fərdi proqram üzərində işləməyə davam edən Mario Fernandes də “Neftçi” ilə görüşü buraxacaq.

Qeyd edək ki, noyabrın 18-də “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu