Yarımmüdafiəçi Pyotr Zelinski "Napoli"dən ayrılmasını şərh edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun neapollularla müqaviləsi başa çatıb.
Yeni mövsümdən etibarən polyak "İnter" klubunda çıxış edəcək.
"Əziz Napoli", səkkiz il birlikdə olduqdan sonra yollarımız ayrılır. Neapol həmişə mənim və ailəmin evi olacaq. Mən bura gələndə hələ uşaq idim, amma ata kimi gedirəm. Burada qəlbimdə əbədi qalacaq bənzərsiz və unudulmaz anlar yaşadım. Birlikdə 33 ildə ilk Skudetto kubokunu qazandıq. Bu qələbəni qeyd etmək inanılmaz idi", - deyə futbolçu sosial şəbəkə hesabında yazıb.