“Arsenal”ın 16 yaşlı vingeri Maks Douman karyerasını icarə əsasında başqa klubda davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkələrdə məlumat yayıb.
Mənbənin məlumatına görə, gənc futbolçunu heyətinə qatmaq istəyən 10-dan çox klub “Arsenal”la əlaqə saxlayıb.
Maraqlanan komandalar arasında Şotlandiyanın “Reyncers” və “Seltik” klubları da olub. Tərəflər Doumanın icarəsi ilə bağlı danışıqlar aparıblar.
“Arsenal”ın mövqeyi
London təmsilçisi futbolçunun müntəzəm oyun praktikası qazanması üçün onun icarəyə verilməsi təklifini nəzərdən keçirməyə hazırdır.
“Transfermarkt” portalı ingiltərəli yarımmüdafiəçinin bazar dəyərini 30 milyon avro qiymətləndirir.