Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin təhlükəsizlik xidmətinin rəhbəri Yevhen Xmaranı müdafiə naziri vəzifəsini icra edən şəxs kimi təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qərar müdafiə naziri Mixaylo Fedorovun vəzifədən azad edilməsindən sonra qəbul olunub. Bu dəyişiklik ölkənin bir sıra şəhərlərində etiraz aksiyalarına səbəb olub.
Məlumata görə, Ukrayna qanunvericiliyinə əsasən, Xmara təhlükəsizlik xidmətinə rəhbərlik etdiyi müddətdə müdafiə naziri vəzifəsini icra edə bilməz. Bu səbəbdən onun istefa verərək namizədliyinin parlamentə təqdim olunacağı gözlənilir. Zelenski Xmaranın Rusiyaya qarşı uzaqmənzilli əməliyyatların idarə edilməsində təcrübəsini xüsusi vurğulayıb.
Kiyevdə prezident administrasiyasının qarşısında keçirilən aksiyada 1000-dən çox etirazçı "Fedorovu geri qaytarın" şüarları səsləndirib. Eyni zamanda, Ukrayna parlamenti Sergey Koretskinin rəhbərlik etdiyi yeni hökumətin tərkibini də təsdiqləyib.