"Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların yeni mərhələsinin martın əvvəlində keçirilməsi planlaşdırılır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Bizim fikrimizcə, bu, martın əvvəlində olacaq", - o bildirib.
Zelenski əlavə edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkov arasında fevralın 26-da Cenevrədə görüş keçiriləcək.
"Müzakirədə birinci məsələ Ukraynanın bərpa paketidir. Onlar detalları müzakirə edəcəklər. İkinci məsələ üçtərəfli görüşün hazırlanmasıdır. Həmçinin Umerovla mübadilənin detalları müzakirə ediləcək", - o bildirib.