Operativ Məlumat Mərkəzi

Zelenski Ukrayna ordusunun əks-hücuma nə vaxt hazır olacağını açıqlayıb

2 dəq
Paylaş:
Zelenski Ukrayna ordusunun əks-hücuma nə vaxt hazır olacağını açıqlayıb
bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna müttəfiqlərlə razılaşdırılmış silahları aldıqdan sonra hücuma keçməyə...

Ukrayna ordusu müttəfiqlərlə razılaşdırılmış bütün silahları alanda əks-hücuma hazır olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Washington Post”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna müttəfiqlərlə razılaşdırılmış silahları aldıqdan sonra hücuma keçməyə hazır olacaq:

“Xüsusilə, vaxt da hava şəraitindən asılı ola bilər, çünki cəbhə xətti boyunca yer mövsümi olaraq nəmdir. Böyük maneələrdən xəbərdar olan Ukrayna rəsmiləri Qərbdəki havadarlarından əlavə silah tələb etməkdə davam edir”.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə qeyd edib ki, ilk hücum birləşmələri əməliyyatın başlanması üçün 90%-dən çox hazırdır, lakin bəzi xüsusi bölmələr hələ də xaricdə təlim proqramlarını tamamlayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər