Operativ Məlumat Mərkəzi

Zelenski Trampla görüşmək üçün ABŞ-yə gedəcək?

2 dəq
Paylaş:
Zelenski Trampla görüşmək üçün ABŞ-yə gedəcək?

"Ukrayna Prezident Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədilə hazırlanan “sülh planı” ilə bağlı ABŞ Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-ə gedəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib.

Umerov sosial media hesablarında paylaşdığı məlumatda Ukrayna və ABŞ rəsmilərinin İsveçrənin Cenevrə şəhərində “sülh planı” üzrə məhsuldar və konstruktiv danışıqlar apardıqlarını qeyd edib.

ABŞ Prezidenti Trampın müharibəni dayandırmaq istiqamətindəki qətiyyətli səylərini yüksək qiymətləndirdiklərini vurğulayan Umerov deyib:

“Cenevrə görüşlərində razılaşmanın əsas şərtləri barədə ortaq anlayışa nail olundu. Artıq atacağımız növbəti addımlarda Avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Zelenskinin bu ay ABŞ-ə mümkün olan ən erkən tarixdə səfər etməsini və Tramp ilə son addımları ataraq razılaşmaya nail olmasını səbirsizliklə gözləyirik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər