Operativ Məlumat Mərkəzi

Zelenski Kanadaya gedib

1 dəq
Paylaş:
Zelenski Kanadaya gedib
bu, gözlənilməz səfər idi. Bundan əvvəl Vladimir Zelenski ABŞ-ın paytaxtı Vaşinqtonda olub. Baş nazir Castin Trüdo Zelenskini Ottava hava limanında...

Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan sonra ilk dəfə Kanadaya səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM"BBC-yə istinadən xəbər verir ki, bu, gözlənilməz səfər idi.

Bundan əvvəl Vladimir Zelenski ABŞ-ın paytaxtı Vaşinqtonda olub. Baş nazir Castin Trüdo Zelenskini Ottava hava limanında uçuş-enmə zolağında qarşılayıb. Ukrayna prezidenti Kanada parlamentində çıxış edəcək.

Ottavadan sonra Zelenski və Castin Trüdo yerli Ukrayna ictimaiyyəti ilə görüşmək üçün Torontoya gedəcək. Kanadada təxminən 1.4 milyon ukraynalı insan yaşayır ki, bu da əhalinin 4%-ni təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər