Polşa, Volın qırğınının xatirəsi naminə Kiyevə dəstəyi dayandırmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.
"Varşavada səsimizi eşidəcəyimizə ümid etmirəm, sadəcə olaraq Volındakı dəhşətli qırğında həlak olanların xatirəsi naminə Polşa hakimiyyətini Ukraynaya dəstəyini dayandırmağa çağırırıq", - deyə Zaxarova qeyd edib.
Qeyd edək ki, Volin qırğını İkinci dünya müharibəsi zamanı Ukraynada Polşa əhalisinə qarşı etnik təmizlənmədir.