Zaqatalada minik avtomobilləri toqquşub, maşının biri çaya düşüb

Zaqatalada minik avtomobilləri toqquşub, maşının biri çaya düşüb
12.07.2023 10:09
Aa
dəq

Zaqatalada iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə səhər saatlarında rayonun Zaqatala-Aşağı Tala avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra avtomobillərdən biri idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini 1983-cü il təvəllüdlü Elçin Tacəddin oğlu Məmmədov və Aşağı Tala kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Abdulla oğlu Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu