Əsas məzmuna keç

Zaqatalada kirpi ovlayanlar saxlanılıb

Zaqatalada kirpi ovlayanlar saxlanılıb

Zaqatala Rayon Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən və Hüseyn Hüseynov saxlanılıblar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…