Operativ Məlumat Mərkəzi

Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub - FOTO

1 dəq
Paylaş:
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub - FOTO
Slovakiyanın müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə səfər edən müdafiə naziri Zakir Həsənov ölkənin hərbi institutunu ziyarət edib, döyüş...

Slovakiyanın müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə səfər edən müdafiə naziri Zakir Həsənov ölkənin hərbi institutunu ziyarət edib, döyüş texnikaları ilə tanış olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib.

Müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.

İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər