Zakir Həsənov azad edilmiş ərazilərə gedib

Zakir Həsənov azad edilmiş ərazilərə gedib
08.04.2023 10:14
Aa
dəq

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri ilk olaraq yeni istifadəyə verilmiş texniki-təmir məntəqəsində görülən işlərlə tanış olub.

Məruzə edilib ki, texniki-təmir məntəqəsində avtomobil, zirehli texnika, eləcə də raket-artileriya silahlarının cari və orta təmirinin aparılması üçün bütün imkanlar yaradılıb. Məntəqədə ehtiyat hissələrin saxlanılma anbarı da mövcuddur.

Sonra rəhbər heyət Birləşmiş Anbarlar Mərkəzində və yeni istifadəyə verilən Raket-Artileriya Silahları anbarında olub.

Yaradılan infrastrukturla tanış olan müdafiə nazirinə Azərbaycan Ordusunun müvafiq istiqamətdə dislokasiya olunan bölmələrini silah və döyüş sursatı ilə fasiləsiz təmin etmək üçün anbarda bütün növ şəraitin yaradıldığı barədə məlumat verilib.

Bildirilib ki, yeni istifadəyə verilən anbarda silah və döyüş sursatının müxtəlif iqlim şəraitində uzun müddətli saxlanılması zamanı keyfiyyətinin qorunması üçün müasir standartlara cavab verən şərait mövcuddur.

Birləşmiş Anbarlar Mərkəzinin və yeni istifadəyə verilən hərbi infrastrukturun imkanları ilə tanış olan müdafiə naziri xüsusilə sərt iqlim və kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin fasiləsiz təminatı, o cümlədən bütün növ təminat vasitələrinin - ərzaq, əşya-əmlak, yanacaq, silah-sursat, döyüş texnikasının ehtiyat hissələrinin və digər əmlakın qorunub-saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Həftənin ən çox oxunanları

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq
DAVAMIN OXU davamın oxu

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Aqil Qurbanovun Çinə gedib

Aqil Qurbanovun Çinə gedib
DAVAMIN OXU davamın oxu