Zakir Həsənov azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub -FOTO

Zakir Həsənov azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub -FOTO
16.02.2023 18:00
Aa
dəq

Müdafiə naziri Zakir Həsənov azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir hərbi infrastrukturun yaradılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə tikintisi davam edən bir neçə hərbi obyektdə görülən işlərlə tanış olub.

Məruzə olunub ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi və digər infrastruktur obyektləri, eləcə də hərbi qulluqçular və onların ailə üzvləri üçün yaşayış binası tikilir. Bütün obyektlərin müasir avadanlıqlarla təchiz olunmasının nəzərdə tutulduğu qeyd edilib.

Tikinti-quruçuluq işlərinin gedişatını yoxlayan müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu