"Yuventus"un yeni futbolçusu Xuan Kabal klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" “Todofichajes”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 23 yaşlı kolumbiyalı futbolçunu transfer etməkdə maraqlıdır.
Qeyd edək ki, Kabal “qoca sinyora”nın sıralarına ötən yay qoşulub.
"Yuventus" müdafiəçini "Verona"dan 12,8 milyon avroya alıb.
Xuan Turin klubu ilə beş illik müqavilə imzalayıb.