Operativ Məlumat Mərkəzi

Yunanıstanda yüksək yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

2 dəq
Paylaş:
Yunanıstanda yüksək yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi ölkənin bir neçə bölgəsini "yüksək yanğın riski" olan "3-cü kateqoriya"ya daxil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxt Afina da daxil olmaqla, Attika, Krit, Euboea və Peloponnes "yanğın riski yüksək" olan bölgələr arasında yer alıb.

Açıqlamada Qərbi Trakiyanın yanğın ehtimalı "çox yüksək" olduğuna görə "4-cü kateqoriya"ya daxil edildiyi, meşəlik ərazilərə yaxın olan vətəndaşlara yanğına səbəb ola biləcək davranışlardan çəkinmələri və diqqətli olmaları ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Digər tərəfdən Qərbi Trakyada dünən və bu gün türklərin yaşadığı Yəhyabəyli və Koyunköy yaxınlığındakı meşə sahələrində baş verən yanğınlara havadan, qurudan müdaxilə edildiyi və böyümədən nəzarət altına alındığı bildirilib.

Bu gün günorta saatlarında Saloniki yaxınlığında baş verən meşə yanğına müdaxilənin davam etdiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər