Operativ Məlumat Mərkəzi

Yunanıstanda son 24 saatda 46 meşə yanğını baş verib

1 dəq
Paylaş:
Yunanıstanda son 24 saatda 46 meşə yanğını baş verib
Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün "yüksək meşə yanğını riski" xəbərdarlığı edilib....

Yunanıstanda isti hava və güclü külək səbəbindən son 24 saat ərzində 46 meşə yanğını baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün "yüksək meşə yanğını riski" xəbərdarlığı edilib.

Yunanıstanın müxtəlif bölgələrində son 24 saatda 46 meşə yanğınının baş verdiyi və bir çoxunun böyümədən söndürüldüyü bildirilib. Paytaxt Afinanın da daxil olduğu Attiki bölgəsindəki meteoroloji şərait meşə yanğınları riskini artırıb.

Ölkədə istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər