Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Yunanıstan İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən vətəndaşların cib telefonlarına göndərilən təcili xəbərdarlıqda Koropi yaxınlığındakı Lambrakidə vətəndaşlardan meşə yanğını səbəbilə ərazini tərk etmələri istənilib.
Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədi ilə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Bəzi evlərə və iş yerlərinə sıçrayaraq maddi ziyana səbəb olan yanğına həm havadan, həm də qurudan yanğınsöndürmə qrupları müdaxilə etsə də, bölgədə küləyin sürəti saatda 90 kilometrə çatması səbəbindən söndürülmə işlərində çətinlik yaşandığı bildirilib.
Yunanıstanda meşə yanğını səbəbindən yaşayış məntəqələri boşaldılıb
2 dəq