Əsas məzmuna keç

Yevlaxda narkotiklə bağlı daha 12 nəfər saxlanılıb

Yevlaxda narkotiklə bağlı daha 12 nəfər saxlanılıb

Rayon Şöbəsinin (RPŞ) Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən son iki həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirlər ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Bəkirov saxlanılaraq şöbəyə gətirilib və onun üzərinə keçirilib. Baxış zamanı satış məqsədi ilə 86 bükümdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin, eləcə də metadon həbləri aşkar edilərək götürülüb.

Bundan başqa, son tədbirlər zamanı isə daha 11 nəfər də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Bu əməliyyatlar zamanı isə ümumilikdə 1 kiloqrama yaxın narkotikin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Qeyd olunan faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…