Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistanda Qaqik Sarukyanın həbs müddəti uzadıldı

2 dəq
Paylaş:
Ermənistanda Qaqik Sarukyanın həbs müddəti uzadıldı

İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi “” partiyasının lideri Qaqik Sarukyan barəsində seçilmiş həbs tədbirinin müddətini daha iki ay uzadıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə siyasətçinin vəkili Emin Xaçatryan məlumat verib.

Məlumata görə, məhkəmənin qərarı ilə Sarukyan noyabrın 7-dək həbsdə qalacaq. Müdafiə tərəfi qərarı tənqid edərək, onun azadlığa buraxılması üçün kifayət qədər sübut təqdim etdiklərini, lakin məhkəmənin bunları nəzərə almadığını bildirib.

Vəkil həmçinin Sarukyanın istintaqın gedişinə maneçilik törədə biləcəyinə dair əsaslı sübutların olmadığını qeyd edib. Müdafiə tərəfi qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcəyini açıqlayıb.

Qeyd edək ki, Qaqik Sarukyan 2026-cı ilin iyulunda İstintaq Komitəsinin keçirdiyi zamanı saxlanılıb. Onun evində və əlaqəli şəxslərə məxsus 70-dən çox ünvanda axtarış aparılıb.

Sarukyan dələduzluq, külli miqdarda vəsaitin leqallaşdırılması, 934 min dolların mənimsənilməsi və qanunsuz ovla bağlı cinayətlərdə ittiham olunur.

İstintaq çərçivəsində “Ararat” konyak-şərab-araq kombinatı, “Araratsement” zavodu və “Multi Wellness” idman kompleksi ilə bağlı da müsadirə tədbirləri həyata keçirilib. Prokurorluğun Tsarukyan və onunla əlaqəli şəxslərə məxsus 75 daşınmaz əmlak, 42 vasitəsi və 38 şirkətdəki payların müsadirəsi ilə bağlı araşdırma apardığı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə